vaxtlı-vaxtında oxuyun! Cümə, 14 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Dövlət departamentinin Bakıda toplantısı 19:26 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət departamentinin Bakıda toplantısı

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin paytaxtımızda konfransı olacaq

Tapdıq FƏRHADOĞLU

ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, o, hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28-də Bakıda keçiriləcək missiya rəhbərlərinin konfransına qatılacaq.

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberger, ABŞ-ın Gürcüstandakı Səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı Səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qavqaz Dadışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edəcək”.

Missiya rəhbərlərinin konfransları müntəzəm keçirilir. Son konfransa ABŞ-ın Yerevandakı səfirliyi 2021-ci ildə ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil edib. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.