

Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və təhlükəsizliyi üzrə yaradılacaq birgə komissiyanın strukturunu razılıaşdırıblar.
Belə ki, Hər iki ölkənin Xarici İşlər Nazirləri C. Bayramov və A. Mirzoyanın arasındakı telefon danışığı zamanı nəticə əldə olunub. Və həm də iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadilələri aparıblar. Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi haqda danışıblar.
Həm, Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunması barəsində də razılaşma əldə olunub.
Bu rəsmi bəyanat-məlumatdan da aydın olur ki, iki ölkə liderinin Brüssel görüşündə razılaşması üzrə ölkələr arasında mövcud problemlərin həlli və yekun sülh müqaviləsinə doğru irəliləyiş tam ciddi yanaşılma, əməli, real addımlar və sürətlə davam edir. Prosesin vacibliyi əsas tutulmaqla, anlaşmalar bütün sahələri, əlaqələri əhatə edir.
Burada, daha bir diqqət çəkən məsələ də var ki, Ermənistan hökuməti, mediasının da bu barədə məlumatı bizim Azərbaycanınkı ilə tam üst-üstə düşür, həcmi, məzmunu, cümlələri ilə. Demək ki, hər iki ölkə arasında, pozucu qüvvələrin prosesi fərqli yoza bilməməsi üçün hətta, bəyanatlar və məlumatları da, razılaşdırılmış sinxron yaymaq detalları barədə razılıq var. Tam, birgə irəliləyiş.
Yekununda onu da qeyd edək ki, Avropa İttifaqı tərəfdən ədalətli və tərəfsiz yanaşma-prinsiplər üzərində təşkil edilən Brüssel razılaşmasından sonra, Rusiya da Azərbaycan-Ermənistan arası anlaşma və sülhün baş tutmasında çox həvəsli görünür. Bu istiqamətdə fəal təşəbbüs göstərir.
Təki olsun, bu vacib məsələ həllini tapıb, bitsin.