
Albaniyada vacib görüşlər
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Azərbaycan qazına olan tələbat kəskin artıb”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib. Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.
“Cənub Qaz Dəhlizi artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir. Azərbaycan qazına olan tələbat kəskin artıb və əlbəttə ki, bu nəzərə alınmalıdır.
Eyni zamanda, bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genşləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdır. Bu, bizim yaxın illər üçün planlarımıza daxil deyildi.
Çünki Cənub Qaz Dəhlizi inteqrasiya olunmuş qaz nəqli sistemidir. Son seqment olan Trans-Adriatik qaz kəmərinin həcmi illik 10 milyard kubmetr qaz təşkil edir.
Lakin hazırda tələb yüksək olduğundan bu həcmin artırılması üzərində düşünürük. Amma bunun üçün vaxt, böyük maliyyə xərcləri, maraqlı tərəflərlə sıx əlaqə və əməkdaşlıq, fəal dialoq tələb olunur. Biz buna hazırıq.
Energetika nazirinə və SOCAR-a artıq təlimat vermişəm. Biz fəal danışıqlar prosesindəyik. Bu məsələ Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gəlmiş bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri ilə də müzakirə edilə bilər”.