vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
UEFA yeni turnir keçirəcək 09:22 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UEFA yeni turnir keçirəcək

Çempionlar Liqasından əvvəl 4 komanda güclərini sınayacaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündən Çempionlar Liqası başlamazdan əvvəl turnir keçirməyi planlaşdırır. Bu barədə “L' quipe” nəşri yazır.

Bildirilir ki, turnirdə 4 komanda iştirak edəcək, lakin onların hansı prinsiplə seçiləcəyi barədə məlumat verilmir. Müsabiqə iki yarımfinal, üçüncü yer uğrunda görüş və finaldan ibarət olacaq. Turnir ABŞ-da keçiriləcək.

Mayın 10-da UEFA 2024/25 mövsümündən Çempionlar Liqasının formatını 36 klubun iştirakı ilə təsdiqləyib. Qrup mərhələsinin əvəzinə komandalar "İsveçrə sistemi" deyilən sistem üzrə oynayacaq, 36 komandanın hamısı vahid cədvəldə yerləşəcək, rəqiblər mövsümöncəsi sıralama mövqelərinə əsasən müəyyənləşəcək. (Trend.az)