vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Sayıq olmalıyıq 14:10 | 19 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sayıq olmalıyıq

İzafi gözləntilərə qapılmayaq

Elçin ALIOĞLU

Armen Qriqoryanın bəyanatını Ermənistan hərbçilərinin ərazimizi birdəfəlik, bütünlüklə tərk etməsi kimi anlamaq yanlışlıqdır. Lütfən, izafi gözləntilərə qapılmayaq, pafosla da “Ermənilər məğlub olduqlarını növbəti dəfə etiraf etdilər” də deməyək.

Rusiyanın sülhməramsız kontingentinin birbaşa dəstəyindən bəhrələnən Ermənistan və ərazimizdəki ermənilər bundan sonra da silahlı dəstələri qoruyub saxlamağa cəhd edəcək.

A.Qriqoryanın “Qarabağda yerli erməni çağırışçılar hərbi xidmətə cəlb ediləcək” sözləri rəsmi İrəvanın hələ də idiotizm səviyyəsindəki aberrasiyalarda, xülyalarda olduğunu göstərir.

Hansı hərbi xidmət? Harada və hansı əsaslarla?

Xankəndindəki separatçı rejimin “hərbi xidmət” adı ilə silahlandırdığı və səngərlərə, müşahidə postlarına yolladığı ermənilər beynəlxalq hüququn normalarına, dünya birliyinin qəbul edərək təsdiqlədiyi prinsiplərə görə silahlı separatçılardır.

Onların, yəni Xankəndindəki marionet rejimin ərazi iddiası ilə çıxış etməklə yanaşı, sürəkli olaraq hərbi əməliyyatlarda “müdafiə olunacaqlarını” dediklərini nəzərə alsaq, yenə də çoxsaylı beynəlxalq sənədlərə, konvensiyalara və qanunlara görə, sözügedən fərdlər terrorçulardır.

Çünki ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığı dünya birliyi tərəfindən tanınaraq təsdiqlənmiş dövlətin hər hansı ərazisində “müstəqillik” elan edərək “millətin öz müqəddəratını təyin etmək hüququ” kimi demaqogiyanı refren (nəqərat – red.) təki təkrarlayan qüvvə, qrup və ya təşkilatlanaraq bir mərkəzdən idarə olunan şəxslərin silahlı fəaliyyəti terrorizm sayılır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatı da söz oyunu qismində dəyərləndirilə biləcək saxtakarlıqdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iyulun 16-da Tiflisdə keçirilmiş görüşü, təbii ki, rəsmi İrəvanı 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan bəri nümayiş etdirdiyi ətalətli və yalan istehsalı olan mövqeyində korrektələrə vadar edib.

Xatırladaq ki, Tbilisidə üç saat davam edən görüşdə itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrası, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi və 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi müzakirə olunmuşdu.

A.Qriqoryan bu gün Qarabağda məskunlaşan qanunsuz erməni silahlı birləşmələri torpaqlarımızdan çıxarılmağa başladığını, çıxarılma prosesi sentyabrda tam başa çatacağını deyir.

Bu, İrəvanın xoşməramlı qərarı yox, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda ölkəmizin formalaşdırdığı yeni geosiyasi reallıqları etiraf etməyə başlamasıdır.

Sayıq olmalıyıq.

Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılma prosesini, xüsusilə də  Rusiya sülhməramlılarının bu prosesdəki fəaliyyətini yaxından izləməliyik.

Prosesin uzanmasına və İrəvanın yeni oyunlarına əsla imkan verilməyəcək.