
Tariflər Çin istehsalatını vurdu
“Caixin” PMI indeksi 9 aya ilk dəfə aşağı düşüb
“Caixin” PMI indeksi 9 aya ilk dəfə aşağı düşüb
Bir çox problemlər hələ də həllini gözləyir
Çin ABŞ-ı ticarət razılaşmasını pozmaqda ittiham edir
Dünyanın ən dar və ən qeyri-adi şəhəri
AB Çin tibbi cihaz istehsalçılarını məhdudlaşdırmağı planlaşdırır
Tramp-Si görüşü Çin və ABŞ arasında qarşılıqlı ittihamlarla təhlükə altındadır
Tərəflər bir-birini ticarət razılaşmasını pozmaqda ittiham edir
Avstraliya Asiya-Sakit okean regionundan narahatdır
Avstraliya Çindən izahat tələb edir
İlk 4 ayda Çin limanlarında daşınan yüklərin həcmi artıb
Vaşinqtonla Pekin arasında ortaq məxrəc çətin görünür
ABŞ Çinə təhdid mesajı göndərdi: “Vəziyyəti asanlaşdırmayacağıq”
Çin ordusu Skarboro hövzəsində döyüş hazırlığı həyata keçirib
Vaşinqton müxalifət partiyalarına da təzyiq edir: “Bu , ölüm-dirim məsələsidir”
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Təhlükəsizlik kamerası ilə bağlı qaydalar dəyişdirildi
Çin Kommunist Partiyasının bazar günü Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkəsinin lideri Si Tsinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Tsinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir. Kommunizmin qurulması ideyasından imtina etməyən Si Tsinpin SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarına strateji səhvlər buraxmamağı tövsiyə edib.
Görəsən Si Tsinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub?
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı. Ona görə də Si Tsinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa, ölkənin SSRİ kimi dağılması labüd olacaq.
Si Tsinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır. Si Tsinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipial mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək.
Si Tsinpin Çin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir. Onun yazdığı məqalə bu məqsədə xidmət edir. Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Si Tsinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir. Bundan başqa illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir. Ümumdünya Bankının hesabatına görə Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki, Çin hakimiyyəti 5.5 artıma çatacaqlarına ümid edirdilər. Bir qrup kommunist iqtisadiyyatdakı geriləməni Si Tsinpinin yanlış idarəetməsi ilə əsaslandırır.