Moskvada Şoyqu qorxusu
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
12:19 | 29 mart 2014 | Şənbə
Məqaləyə 1788 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Budapeşt görüşü sual altında
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
... SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni hansısa formada yenidən bərpa etmək üçün bütün üsullardan istifadə etdiyi, Moskvanın SSRİ-nin simvollarını bir-bir geri qaytardığı bir vaxtda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş I katibi Əbdürrəhman Vəzirovun da sorağı gəlib.
Virtualaz.org saytı xəbər verir ki, uzun müddətdir ictimaiyyət
arasında görünməyən Vəzirov Rusiya Kommunist Partiyasının gənclər təşkilatının
- komsomolun məşhur sovet kosmonavtı, kosmosa uçan ilk insan Yuri Qaqarinin anadan
olmasının 80 illiyi münasibətilə təşkil etdiyi toplantıda iştirak və çıxış edib.
Bütün dünyada məşhur olan Yuri Qaqarin 1961-ci il, aprelin 12-də
kosmosa uçan ilk insan kimi dünya tarixinə düşüb. O vaxtdan bu yana Qaqarin
bütün dünyada məşhur olaraq qalır, onun adı həmişə xatırlanır.
Kosmosa ilk uçuş və Yer kürəsinin orbitinə çıxmış ilk insan
mövzusu həmişə aktual olaraq qalıb.
Martın 27-də Rusiya komsomolçularının Moskva şəhər təşkilatı
Qaqarinin anadan olmasının 80 illiyi münasibətilə “Komsomolçu. Kosmonavt.
Qəhrəman” mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masaya kosmonavtika və
aviasiya sahəsində mütəxəssislər, məktəblilər və tələbələr, Kuba və Boliviya
səfirliklərinin nümayəndələri, Venesuela səfirinin müavini, Çili, Vyetnam,
Yəmən təmsilçiləri, o cümlədən Azərbaycan KP MK-nın keçmiş birinci katibi, Yuri
Qaqarinin dostu Əbdürrəhman Vəzirov dəvət olunublar.
Çıxışçılar Qaqarinin kosmosa uçduğu günlə bağlı xatirələrindən
danışıblar. Boliviyanın Rusiyadakı səfiri Mariya Luis Ramos Ursaqate bildirib
ki, o, SSRİ-də oxuyanda Qaqarinin ilk dəfə kosmosa uçmasının insanlarda necə
fərəh hissi yaratdığını öz gözləri ilə görmüşdü. Səfir xatırlayıb ki, Boliviya
sakinləri də Qaqarin kimi olmağı arzu edirdilər.
Kuba səfirinin müavini Alexandro Simankas isə deyib ki, Qaqarin
sovet xalqlarının ən yaxşı nümayəndələrindən biri idi və o, təkcə SSRİ-nin
vətəndaşı yox, həm də Kubanın, digər ölkələrin vətəndaşına çevrilmişdi.
Toplantıda sovet kosmonavtika məktəbinin tanınmış simaları,
generallar və məşhur kosmonavtlar da çıxış edərək Qaqarin və sovet
kosmonavtikasının nailliyyətləri haqda danışıblar.
Azərbaycan KP MK-nın keçmiş I katibi Əbdürrəhman Vəzirova da söz
verilib. Qaqarin kosmosa uçanda Vəzirov Ümumittifaq Komsomolu Mərkəzi
Komitəsinin katibi olub və komsomol işi ilə fəal məşğul idi. Öz çıxışında o,
Yuri Qaqarin haqda ətraflı danışıb. Bildirib ki, Qaqarinlə Ümumittifaq Lenin
Komsomolçu Gənclər İttifaqı Mərkəzi Komitəsində işləyərkən Qaqarinlə şəxsən
tanış və yaxın dost olub.
Vəzirov Qaqarinin həyatından bir çox qiymətli və maraqlı faktlar danışıb, öz çıxışını müasir komsomola salamlarla başa vurub. Dəyirmi masanın işi iki saatdan çox davam edib.