vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
“Bakıdan Tehrana uçan terrorçu” 22:12 | 7 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bakıdan Tehrana uçan terrorçu”

Şahçıraq ssenarisinin hədəfi – Azərbaycanın adını ləkələmək

Asif NƏRİMANLI

İran Şahçıraq terrorunda Azərbaycanın adını dövriyyəyə buraxıb. Terror əməliyyatının “baş koordinator”unun Azərbaycan vətəndaşı olması və Bakı hava limanından İmam Xomeyni aeroportuna uçduğu iddiasında Tehranın hədəfi də aydın görünür. Bu, 44 günlük müharibədə ortaya atılan “terrorçu” iddialarının davamı və iddianın praktiki mərhələyə köçürülməsidir.

Bundan öncə Araz bölgəsindən keçən “terrorçuları” saxladılar, indi də Bakıdan uçan terrorunun zəvvarları güllələdiyi iddiasını ortaya atıblar. 

Şahçıraq terroru baş verəndə yazmışdıq. Etirazların geniş vüsət aldığı vaxt terrorçuların niyə məhz zəvvarları hədəf seçdiyi şübhəlidir və istisna deyil ki, terrorun arxasında məqsədinə nail olmaq istəyən rejimin özü dayanır. Bununla etirazların baş verdiyi vaxt “xarici təhlükə”ni gücləndirir, “təhlükəsizliyi qorumaq” üçün aksiyalara qarşı silah gücünün tətbiqini legitmləşdirir, zəvvarların hədəf seçilməsi ilə mollaların dayaqlarını möhkəmləndirir.

Arazdan “terrorçuların” keçməsi və Şahçıraq aktında “baş terrorçu”nun Bakıdan uçması iddiaları Azərbaycanı “regionda terror ixrac edən” ölkə kimi göstərməyə hesablanıb. Və İran rejimi həm də bununla 

– ölkə daxilində Azərbaycanın düşmən obrazını yaradır: bu, güneydə milli hərəkatın genişlənməsinə qarşı da düşünülmüş ssenaridir;

– “terrora qarşı mübarizə” adı altında Azərbaycana qarşı mümkün müdaxilə ssenarilərinə əsaslar formalaşdırır.

Lakin bu terror iddiaları “əsaslar” yaratmağa bəs etmir, bu baxımdan, davamlı olacağı istisna deyil. Ssenariləri, qurmaq istədikləri oyunlar çox açıqdır.