
“Effektiv zərbə”
Türkiyə Əsəd qüvvələrini vurdu
Türkiyə Əsəd qüvvələrini vurdu
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
Ərdoğandan Putinə iki təklif ...
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
Ərdoğan hər ikisini təmin etdi
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
Türkiyə nə etməlidir?
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
“Fransa Senatının təməlindən həqiqətdən uzaq olan verdiyi “erməni hay-həşiri” qərarını pisləyirəm. Bu qərar Fransa Senatının səviyyəsinə, Senatın fəaliyyətinə kölgə saldı. Senatın bu qətnaməsi Fransa xalqını utandıracaq bir qərardır”.
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, Senatın bu qətnaməsi çox məntiqsiz bir qərardır: “Fransadan belə bir qərar Azərbaycanın xarici siyasətinə qarışmaq deməkdir. Bu qərar Ermənistanla Azərbaycan arasında davam etməkdə olan sülh müzakirələrinə kölgə salan bir qərardır.
Bu qərar Türkiyə-Ermənistan arasında davam etdirilən normallaşma müzakirələrini pozmaq üçün verilən bir qərardır. Senatın bu qətnaməsi eyni zamanda Fransa senatorlarının cəhalətini göstərən bir qərardır. O senatorların çoxu xəritədə Qarabağ haradadır, Azərbaycan haradadır, Ermənistan haradadır bilmədiyinə inanıram.
Senatın Fransa adına bu utanc qərarı BMT-nin Fransanın öz imzasının da olduğu 4 bəndlik Qətnaməni inkar edən bir qərardır. O qərar Fransanın üç həmsədrdən biri olmasını və davam etdirdiyi müzakirələrə zərər verən, eləcə də ermənipərəstliyini açıq nümayiş etdirən bir qərardır.
Amma Fransa Senatının bu qətnaməsinin nəticədə heç bir hüquqi gücü yoxdur. Erməni diasporası Ermənistan müstəqilliyinə qovuşduğundan bu yana Ermənistana zərər verməkdədir. Bir tərəfdən bu erməni lobbisi Ermənistan hökümətini, qondarma soyqrımı dəstəkləyərək həm Türkiyə-Ermənistan əlaqələrinə, həm də Ermənistan-Azərbaycan əlaqələrinə kölgə salmaq, mane olmaq məqsədini güdür.
Mən o diaspora üzvlərinə, erməni lobbisinin regionda sülhə-sabitliyə təhdid olmağa çalışan hər bir şəxsinə bir çağırış etmək istəyirəm: Gəlin yaşayın Ermənistanda. Orada yaşayın, görün ki, nə şərtlər altında yaşayır oradakı insanlar. İstəmirsinizsə, o zaman siz Ermənistana qarışmayın və imkan verin nəhayət Ermənistan bir dövlət olsun. Ermənistan dövlət olmayınca istər Türkiyə, istərsə də Azərbaycan münasibətlərin düzəlməsində maraqlı olmayacaq.
Azərbaycanın ərazi bütövlüyü BMT-yə üzv olduğu 1991-ci ildən hər kəsə bəllidir. Bunun üçün də Senatın bu qərarının məntiqdən, ağıldan uzaq bir qərar olduğunu göstərir. Üstəlik BMT-nin Azərbaycanla bağlı qəbul edilmiş 4 bəndlik Qətnaməsinin altında Fransanın da imzası var.
O qərarları (BMT-nin Azərbaycan ərazilərinin işğala məruz qaldığını təsdiq edən 4 bəndlik Qətnamə) senatorlarını oxumaqlarını tövsiyə edirəm. Fransa senatorlarını həmsədrlərinin 30 il ərzində nə etdiyini, erməni işğalının vaxtını uzatmaq, Ermənistana zaman qazandırmaq üçün nə oyunlardan çıxdığını da öyrənmələrini məsləhət görürəm.
Biz Türkiyə və Azərbaycan olaraq Senatın bu qətnaməsini tanımırıq və tanımayacağıq. Fransa dövləti, Senatı öz işi ilə məşğul olsun, proseslərə müdaxilə edib, sabitliyə, sülhə mane olmasınlar. Onlardan başqa bir istəyimiz yoxdur”. (Milli.az.)