Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
09:01 | 25 noyabr 2022 | Cümə
Məqaləyə 10740 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Rus yazıçısı Fyodr Dostoyevskinin Almaniyanın Baden-Baden şəhərində qoyulan və qumarda uduzmasını təsvir edən heykəli. Dostoyevski həddindən artıq qumar düşkünü idi. O, Almaniyanın bir neçə kurort şəhərlərindəki qumarxanalarda dəfələrlə son qəpiyinə qədər uduzmuşdu.
Fyodr Mixayloviç ilk dəfə 1862-ci ildə xaricə səfər edir və Baden-Badenə gəlir. O, burada rulet oyununa aludə olur və əlindəki bütün pullarını uduzur.
Növbəti ildə yazıçı Visbadendə olur və burada nəinki özünün, hətta onu müşayiət edən Apollinariya Suslova adlı qadının da bütün pullarını ruletdə qoyur. Eyni şey 1865-ci ildə də baş verir və Dostoyevski maddi cəhətdən olduqca çətin vəziyyətə düşür.
Bu zaman Rusiyada Fyodr Stellovski adlı bir naşir vardı. O, qumarbaz yazıçıların, şairlərin, rəssamların, bəstəkarların çətin vəziyyətindən sui-istifadə etməyi xoşlayırdı və onlara istismarçı müqavilələr təklif edirdi.
Stellovski Dostoyevskinin borclarını ödəməyi öhdəsinə götürür, əvəzində Fyodr Mixayloviç 1866-cı il noyabrın 1-ə kimi ona yeni romanını təhvil verməli idi. Yazıçı müqavilənin şərtlərini yerinə yetirməyəcəyi halda Stellovski onun yazdığı və yazacağı bütün əsərləri növbəti 9 il ərzində müəllifə qəpik də ödəmədən çap etmək hüququna malik idi.
Müqavilənin nə vaxt imzalanması, Dostoyevskinin öhdəsində nə qədər vaxt olması barədə müxtəlif versiyalar səsləndirilir. Amma dəqiq məlumdur ki, vaxt çox az idi və Stellovski əmin idi ki, yazıçı şərti yerinə yetirə bilməyəcək, çünki həmin vaxt o, həm də “Cinayət və cəza” üzərində işləyirdi, əsər hissə-hissə “Russki vestnik” qəzetində çap olunurdu. Dostoyevskinin qəzetlə də bu haqda müqaviləsi vardı. Belə olan halda ikinci romanı da yazmaq fiziki baxımdan mümkün olmamalı idi.
Amma Fyodr Mixayloviçin yaxın dostlarından biri ona stenoqrafçının köməyindən istifadə etməyi təklif edir və yazıçı diktə ilə roman yaza biləcəyinə şübhə ilə yanaşsa da çarəsizlikdən 20 yaşlı stenoqrafçı Anna Snitkinanı işə götürür.
Nəticədə 24 gün ərzində, 4-28 oktyabrda yazıçının ən məşhur əsərlərindən biri olan “Qumarbaz” yazılır. Dostoyevski romanı Stellovskiyə təhvil verir və daha bir romana başlayır – özündən 25 yaş kiçik stenoqrafçı ilə sevgi romanına. Növbəti ildə onlar evlənirlər. Qeyd edək ki, yazıçının birinci arvadı vərəmdən ölmüşdü.
Ər-arvad həmin il xaricə gedirlər və dörd il Avropada yaşayırlar. Yenə Baden-Badenə baş çəkən Dostoyevski burada əvvəlcə 4000 frank udur, amma dayana bilməyib hər şeyi, hətta paltarlarını və arvadının zinət əşyalarını uduzur. Şəkildəki heykəl də yəqin həmin hadisəni təsvir edir.
Dostoyevski növbəti illərdə də əlinə pul düşən kimi Baden-Badendə, Visbadendə və Bad-Homburqdakı kazinolarda uduzur. Nəhayət, 1871-ci ildə bir daha oynamayacağı barədə arvadına söz verir və ömrünün son 10 ilini qumarsız keçirir.
Dostoyevski öləndə Annanın cəmi 35 yaşı olsa da təkrar ərə getməyib, iki uşaqlarını böyütməklə və ərinin ədəbi irsini populyarlaşdırmaqla keçirir, məsələn, “Dostoyevskinin xatirə muzeyini” təsis edir.
Anna Dostoyevskaya (Snitkina) 1918-ci ildə Yaltada vəfat edir. O, Sankt-Peterburqdakı Aleksandr Nevski lavrasında, ərinin yanında dəfn edilməsini vəsiyyət etsə də, vətəndaş müharibəsinin bürüdüyü Rusiyada bunu etmək mümkün olmur və o, Yaltada basdırılır. Yalnız 50 il sonra, nəvəsinin səyləri nəticəsində vəsiyyəti yerinə yetirilir və ərinin yanında dəfn olunur.