Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:20 | 6 aprel 2014 | Bazar
Məqaləyə 1759 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gələndən sonra öz ölkəsində medianın da, nəşriyyatların da gözünü elə qorxudub ki, onun həm şəxsi həyatı, həm də siyasətə gəlişinin detalları haqda nəsə çap etmək müşkülə dönüb.
Amma indi dünyanın ən nüfuzlu nəşriyyatlarından olan «Cambridge University
Press» də Putin haqda kitabın çapından imtina edib.
Sözügedən Britaniya nəşriyyatı amerikalı araşdırmaçı Karen Davişanın (Karen
Dawisha) Putinin «cinayətkar əməlləri» haqda kitabını geri qaytarıb və bildirib
ki, böhtan ittihamı ilə məhkəmə iddiasının qaldırılmasından ehtiyat edir.
Karen Davişa Rusiya üzrə tanınmış ekspertlərdəndir. Hazırda Miami
Universitetinin professorudur.
Nəşriyyatın məhkəmə iddiasından ehtiyatlanması təsadüfi deyil.
Amerikaya baxanda Britaniyada böhtanla bağlı qanunlar daha çox iddiaçılar üçün
əlverişlidir.
Davişa deyir ki, kitabında Putin haqda ictimaiyyət üçün açıq mənbələrə istinad
edir.
O iddia edir ki, Putin Sankt-Peterburq meriyasında çalışarkən dövlət əmlakını
mənimsəyib, korrupsiya əməliyyatlarında iştirak edib. Məsələn, müharibə
veteranlarının İspaniyada istirahətinə xərclənəsi pulları mənimsəyib. Putin
özünün «KGB»dən olan dostları, həmkarları ilə birgə beləcə, xeyli vəsaitə sahib
çıxıb. Ötən əsrin 90-cı illərində onlar həmin pullardan istifadə edərək siyasi
nüfuzlarını tədricən artırıblar.Davişa deyir ki, nəşriyyat kitabın
yazılmasına 2011-ci ildə «hə» deyib və o öz araşdırmasını ötən il nəşriyyata
yollayıb.
Nəşriyyatın hüquqşünasları 500 səhifəlik kitabı yarım ilə oxuyandan sonra mümkün böhtan iddiasını əsas gətirərək nəşri məqsədəuyğun saymayıblar. Özü də təkcə Putinin yox, kitabda adı çəkilən başqa şəxslərin də məhkəməyə müraciət edə biləcəyini ehtimal edərək.
Davişa deyir ki, onun nəşriyyatdan rədd cavabını ABŞ və Avropa Birliyinin
Krımın anneksiyasına görə Rusiyaya sanksiyalar qoyduğu həftə alması ironiya
doğuran bir təzaddır.
Çünki həmin sanksiyalar məhz Putinin yaxın çevrəsini hədəfləyir. Həmin
adamların çoxunun adı onun kitabında da çəkilir.
Araşdırmaçı deyir ki, nüfuzlu bir nəşriyyatın həmin adamların kimliyini
açıqlayan kitabın çapına «yox» deməsi təəssüf doğurur.
«Cambridge University Press»dənsə deyiblər ki, heç zaman Davişa ilə
müqavilələri olmayıb. O kitabı başqa nəşriyyatda çap edə bilər.