
“OpenAI” 40 milyard dollar vəsait toplayıb
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
18 il əvvəl insult keçirmiş bir xəstədə uğurlu oldu
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
Həkimlik və müəllimlik peşələri təhlükədə
ABŞ media orqanları “OpenAI”a qarşı iddiaların davam etdirilməsinə icazə verdi
Süni İntellektin ECgMLP adlı yeni modeli xərçəngi 99,26 faiz təyin edir
“OpenAI” səs səs gətirəcək yeni süni intellekt modelləri hazırlayır
Dünya tibb tarixində bir ilk – Avstraliyalı xəstə 100 gün sağ qala bildi
“2030-cu ilə qədər super gücə çevriləcək”
Fərdi sahibkarlığın yeni sevimlisi
Qocaların qayğısına süni intellekt qalacaq
İki süni intellekt heç kimin başa düşmədiyi dildə danışıb
“Süni intellekt işıq sürəti ilə inkişaf edir”
DBS bankı texnologiya üçün əlavə 1000 yeni vəzifə təsis edəcək
“ChatGPT”, “LLaMA”, “Claude”, “Gemini” və s. süni intellekt modelləri olduğu bir zamanda Az-LLM-ə ehtiyac varmı?
Çinin süni intellekti ilə bağlı xeyli problem də üzə çıxıb
Gənc çinlilər müalicə üçün Qərb ölkələrində casusluqla bağlı mübahisələrə səbəb olan süni intellekt “DeepSeek” proqramından istifadə edirlər.
Çinli mühəndislər tərəfindən hazırlanan “DeepSeek”, digər süni intellekt proqramları ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni modeli – “DeepSeek-R1-“i yanvarın 20-də təqdim edib.
O vaxtdan bəri proqram çox populyarlaşıb və hesabatların hazırlanmasından, “Excel” formullarının yazılmasından tutmuş səfərlərin planlaşdırılmasına qədər bir çox məqsədlər üçün istifadə olunur.
Bununla belə, proqram təminatının hazırlandığı ölkənin gəncləri də proqramdan psixoloji dəstək üçün istifadə edirlər.
BBC 28 yaşlı Çin vətəndaşının həyatda qarşılaşdığı dilemmalarla bağlı “DeepSeek”dən məsləhət aldığını yazıb: ““DeepSeek” mənim üçün inanılmaz bir mentor oldu. Bu, mənə hər şeyi fərqli nöqteyi-nəzərdən görməyə kömək etdi və sınadığım bəzi ödənişli məsləhət xidmətlərindən daha yaxşı iş gördü”.
Gənc çinli deyir ki, ilk dəfə nənəsini itirdikdən sonra “DeepSeek”dən istifadə edib. Proqramdan nənəsi üçün vida notu yazmağı xahiş edəndə süni intellekt ona aşağıdakı poetik cavabı verib: “Yadda saxlayın ki, sizi titrədən bütün sözlər, sadəcə olaraq, uzun müddətdir ruhunuzda olan şeylərin əks-sədasıdır. Mən sənin səsinin ağırlığını eşitməyə imkan verən hərdən keçib getdiyin bir vadidən başqa bir şey deyiləm”.
Gənc deyir ki, proqramdan bu mesajı alandan sonra o qədər təsirlənib ki, ağlamağa başlayıb: “Çində “Alibaba”, “Baidu” və “ByteDance” kimi şirkətlər tərəfindən istehsal edilən süni intellektlə işləyən chatbotlar da var, lakin onların heç birinin “DeepSeek” qədər səmərəli deyil”.
Kaliforniya Universitetindən Nan Cia süni intellekt proqramının istifadəçilərə emosional dəstək vermək qabiliyyətini öyrənir. Nan qeyd edir ki, bu proqramlar insanlardan daha yaxşı dinləmə qabiliyyətinə malikdir. Digər tərəfdən, ekspert onu da xatırladır ki, süni intellekt botları peşəkar psixoloji məsləhət xidmətlərini əvəz edə bilməz.
Adının açıqlanmasını istəməyən başqa bir çinli gənc “DeepSeek” ilə söhbətlərinin baxışlarını dəyişdiyini söylədi: ““DeepSeek” məni sərbəst edən yeni perspektivlər verdi. Mənə elə gəlir ki, o, həqiqətən sualınızı anlamağa və cavab verməzdən əvvəl sizi bir insan kimi tanımağa çalışır”.
ABŞ şirkətlərilə rəqabət aparan modelləri daha ucuz qiymətə hazırlayıb satdığını iddia edən “DeepSeek”, “Nvidia”dan “Microsoft”a qədər texnologiya nəhənglərinin yüz milyardlarla dollar dəyər itirməsinə səbəb olub.