vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
99,9 faiz türk 14:50 | 16 fevral 2025 | Bazar Məqaləyə 129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

99,9 faiz türk

Skiflərin slavyanalara aidiyyəti yoxdur

FATEH

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Don ekspedisiyasının rəhbəri, professor Valeri Qulyayev “Oqonyok” jurnalına maraqlı bir araşdırma barədə məlumat verir. Bu açıqlama həmin vaxt böyük səs küyə səbəb olur.

“Biz eyni vaxtda skif dövrünün dörd qadın döyüşçüsünün unikal dəfnini aşkar etdik. Hələ kəşfdən əvvəl bizə aydın idi ki, amazonlar geniş yayılmış skif fenomeni idi. Onlar üçün ayrıca qəbirlər düzəldilirdi və kişilər döyüşçülərdə olduğu kimi eyni dəfn mərasimləri həyata keçirilirdi.

Arxeoloqların Krımda tapdıqları və Devitsa V adlandırdıqları məzarlarda eyni dəfn adətindən istifadə edilib. Onun skif kurqan olduğu təsdiqlənib.

1991-ci ilə qədər elm adamları skiflərin ərazisində silahla dəfn olunan daha 120 qadın kurqanını aşkar edirlər. Onların təxminən 70 faizi 16-30 yaş arası qızlar və gənc qadınlara aid olur.

Bu arada məlum olur ki, bütün skif qadınlarının təxminən üçdə biri silahla basdırılıb və kişilər kimi döyüş yaraları var.

Ən əsası isə çoxlu sayda DNT məlumatlarının təhlili sayəsində məlum olur ki, skiflərin slavyanlarla heç bir aidiyyəti yoxdur.

Alimlər türk DNT nümunələrini və İskit kurqanlarında tapılan Amazon qadınlarının DNT nümunələri ilə müqayisə edib: “Mitoxondrial DNT nümunələrinin müqayisəsi nəticəsində ortaya çıxan nəticələr inanılmaz olur. Nəticənin 99,9 faiz uyğun olduğu müəyyən edilir”.