Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:03 | 9 aprel 2014 | Çərşənbə
Məqaləyə 1745 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avropa İttifaqının Rusiya ilə bağlı tərtib etdiyi «Maqnitskiy siyahı»nda daha bir azərbaycanlının adı salınıb.
Qeyd
edək ki, bundan əvvəl siyahıya «Motrosskaya tişina» həbsxanasının rəisi Fikrət
Həmdulla oğlu Tağıyev salınmışdı. Buna səbəbsə siyahının tərtib edilməsinə
səbəb olan Sergey Maqnitskinin məhz bu azərbaycanlının rəhbərlik etditi
həbsxanada ölməsidir.
Siyahıya
əlavə edilən digər azərbaycanlı isə Rusiyanın birinci kanalının aparıcısı İradə
Zeynalovadır. Zeynalovanın siyahıya düşmə səbəbi isə Rusiyanın Krımı işğal
etməsini dəstəkləməsi və təbliğ etməsidir.
Publika.Az
İradə Zeynalovanın həyatına dair bəzi maraqlı məqamları təqdim edir.
İradə
Zeynalova 1972-ci ilin 20 fevralında Moskvada doğulub, milliyyətcə
azərbaycanlıdır. O, orta məktəbi də Moskvada 6 nömrəli məktəbdə bitirib.
Televiziyaya gəlişi 1997-ci ildən başlayır. Rusiyanın birinci kanalında
müxtəlif verilişlər aparıb, London və Təl-Əviv bürosunun rəhbəri olub, 2012-ci
ildən isə kanalın bazar günü verilişlərinin aparıcısıdır.
Onun
televiziyaya gəlişi də maraqlıdır. Belə ki, o, 1995-ci ildə Moskva
aviasiya-texniki institutunu bitirir. İxtisasca toz materiallarının
mühəndis-texnoloqudur. Hətta bir müddət ona ixtisası «Samsung Aerospace»
şirkətində çalışır. Lakin 1997-ci ildə televiziyaya təsadüfən praktika üçün
gəlir. Dediyinə görə, həmişə jurnalist olmaq istəyirmiş. Ailədə atası da
Rusiyada böyük məmur postunda çalışmasına baxmayaraq ixtisasca jurnalistdir.
Onun
həyat yoldaşı Aleksey Samaletov da jurnalistdir. Timur adlı bir oğlu var. İ.
Zeynalovanın kiçik bacısı Svetlana Zeynalova da birinci kanalda jurnalist kimi
çalışır. İ. Zeynalov televiziya həyatında maraqlı hadisələrlə yadda qalıb.
Ən çox
müzakirə olunansa onun canlı yayımda kadra girən balaca oğlanı əsəblə
qovmasıdır.
İ.
Zeynalovla bağlı maraqlı detallardan biri Leonardo Peltieranın ideyalarını
dəstəkləməsidir. Söhbət Amerika hindularının hüquqlarını müdafiə edən, həmçinin
zülm edilən Çili uşaqlarının müdafiəsi üçün imza toplayan Leonardodan gedir.
İ.
Zeynalovanın arzuları da maraqlıdır. O hər kəs kimi kitab oxumağı sevsə də,
kloun fiqurları toplamaqla diqqət çəkir. Özü də həmin fiqurların dünyanın
müxtəlif yerlərindən gətirilənlərdir.
Ən maraqlısı isə İ. Zeynalovanın tatuirovka arzusudur. Özü deyir ki, məmnuniyyətlə bütün bədənini tatuirovka edərdi, amma atası buna icazə vermir. O böyüsə də, atasından hələ də çəkinir.