“Çin ABŞ şirkətləri üçün bazarını daha da açacaq”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
07:54 | 25 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 853 dəfə baxılıb
Şriftin ölçüsü
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
“Ursa Major”un kimin batırdığı məlum deyil
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
ABŞ-ın tanınmış iqtisadçı, fəlsəfə doktoru Ceffri Saks Ukraynanı “uduzmuş layihə” adlandırır, ukraynalıları “məğlubiyyətlə barışmağa”, Rusiyanın işğal etdiyi əraziləri “unutmağa”, Rusiyanın “qüdrət”ini dərk etməyə çağırıb.
Amerikalı iqtisadçı Ceffri Saks Avropa Parlamentindəki çıxışında, “Hər şey bitdi. Çünki Tramp uduzanı öz çiynində daşımaq istəmir. Bu, sadəcə bir reallıqdır. O, məğlub olanı saxlamaq istəmir. Ukrayna – məhz bu uduzmuş layihədir. İndi davam edən danışıqlar Ukraynanı xilas edəcək. İkinci qazanan isə Avropa olacaq. Son günlərdə fond bazarlarının artmasının səbəbi məhz bu dəhşətli xəbərlər – danışıqlardır”, – deyib.
“Rusiya üçün əsas problem ABŞ idi. Çünki Rusiya böyük güc və dünyanın ən böyük nüvə dövləti kimi bizim unipolyar sistemimizdən narahat idi. Və indi görünür ki, bu, sona çatır. Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır, çünki ABŞ tezliklə marağını itirəcək, amma siz növbəti min il ərzində Rusiya ilə yanaşı yaşayacaqsınız”, – deyə Saks bildirib.
Baltikyanı ölkələr üçün ən yaxşısı rusofobiyanı dayandırmaqdır. Bu, ən vacib məsələdir. Estoniyada əhalinin təxminən 25 faizi rus və ya rusdilli vətəndaşlardır, Latviya üçün də eyni şey keçərlidir. Qonşunuzu təxribata çəkməyin.
““Rusiya parçalanmalıdır!” deməyin. Siz zarafat edirsiniz? Bunu etməyin! Belə yanaşma ilə bu dünyada sağ qalmaq mümkün deyil. Siz yalnız qarşılıqlı hörmət, danışıqlar və dialoq yolu ilə yaşaya bilərsiniz. Hamımız yetkin insanlar kimi davranmalıyıq”.
Ceffri Saks – ABŞ iqtisadçısı, Kolumbiya Universitetinin professoru, Dayanıqlı İnkişaf Mərkəzinin direktorudur. 2004 və 2005-ci illərdə “Time” jurnalı onu dünyanın 100 ən nüfuzlu lideri siyahısına daxil edib. “Time” onu dünyanın ən məşhur iqtisadçısı, “The New York Times” isə bəlkə də dünyanın ən mühüm iqtisadçısı adlandırıb. “The Economist” jurnalına görə, o, son onilliyin üç ən nüfuzlu iqtisadçısından biridir.
Boliviya, Polşa və Rusiyada “şok terapiyası” siyasətinin əsas müəlliflərindən biridir.
Bu çaqqal davranışıdır.
Azərbaycan illər əvvəl anladı bunu.
Dünən çıxış etdiyim beynəlxalq forumda da amerikalılara, almanlara və fransızlara bunu söylədim.
İncidilər, “belə deyil, yanlış anlayırsınız” dedilər.
Ceffri Saksın çıxışından sonra susdular. Susmalı idilər, çünki Saks onların deməkdən çəkindiklərini söylədi. Çünki əksəriyyəti məhz belə düşünür. Amma üzdə başqa sözlər söyləyirlər. Ukraynanın ən böyük səhvi Qərbin vədlərinə inanması oldu. Ukraynaya, şərəfli və ləyaqətli ukraynalılara isə qələbə arzulayıram. Mübarizə sonadək olmalıdır. Ukraynalılar işğalçını qovmalıdırlar.
İti qovan kimi...