Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:40 | 14 mart 2025 | Cümə
Məqaləyə 267 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Avropanın mərkəzində müharibə qorxusu
Putinin atəşkəsə “Hə” də deməsi “Yox” da deməsi problemlidir.
Trampın Ukrainayla bağlı davranışlarının kökündə, daha doğrusu Zelenskyə münasibətinin kökündə “Rusiyaya bağlılıq” , nə bilim “Rus agenti”, “Putinin qarşısında gözü kölgəli” olması fikirlərini doğru saymayanlardanam. Elə görünə bilər, elə olması isə sadəcə mümkünsüzdür. Bu münasibətin kökündə deyilənlərdən daha çox şəxsi kin dayanır. 2020 seçkiləri ərəfəsində Baydenin oğluna aid hansısa materialları və başqa nələrisə Zelenskidən istəmişdi, o da verməmişdi. Əlbəttə tam bu deyil, amma bu da var. Digər ciddi səbəblər iqtisadi maraqlardır, post müharibə dövrü avropalıların gəlib Trampın gözü olan dağlarda məskən salmasının narahatlığı və s.
Putinin Baydendən daha çox Tramdan qorxduğu, çəkindiyi ortadadır. Həmin qorxunun elementlərini dünən Putinin atəşkəslə bağlı danışdıqlarından hiss etmək olardı. Məsələn Trampa təşəkkür mesajı vermək kimi xırda bir detal. O mənadakı rəsmi Ağ Ev Zelenskini onlara təşəkkür etməməkdə qınadı. Putinin amerikalıların təşəkkür məsələsində həssaslıqlarını nəzərə alması faktdır.
Hə deyəcək, məcbur deyəcək, hələ ki, ilk başda daxilə və xaricə özünü qorxaq kimi göstərmək istəmir.
Hansı ki, Rusiyaya müharibənin mümkün qədər tez dayanması daha çox lazımdır. Putin üçün də müharibəni indi dayandırmaq vacibdir. Sadəcə dərhal hə deyə bilmir, müxtəlif səbəblərdən. Daxili səbəblər, psixoloji amil, diplomatik gedişlər və s.
O bilir ki, ona “xahişlər” fonunda atəşkəsə getmək ən yaxşı vəziyyət olar. Sonrasını yəqin o da proqnozlaşdıra bilmir. Onun üçün indi Ukrayna torpaqlarından, günahsız qurban gedən insanlardan daha vacib olan başqa məsələlər də var. Atəşkəs çağırışına hələki “Hə” demir ki, birbaşa Trampla danışsın, danışıqlarda Amerika, qərb tərəfindən qoyulmuş sanksiyaları, dondurulmuş maliyyə resurslarını geri alsın. Bilir ki, bunu tək Tramp edə bilər.
Məncə, ümumiyyətlə “Yox” deməmək, qarşıdan gələn günlərdə Hə demək üçün şərtlər irəli sürdü. Qarşıdan gələn günlərdə bir çox məsələ üçün Trampla danışıqlar aparmaq və Avropa cəbhəsinin davranışlarını öyrənmək üçün vaxt qazanmaq üçün “Hə” demədi.
Bu gün artıq ABŞ yeni sanksiyaların, mövcud olanların sərtləşdirilmsinin anonsunu verdi. Neft Məhsulları və bank sektoruna qarşı sanksiyalardan söhbət gedir. Eyni saatlarda da güclü və dəqiq zərbələr endirmək imkanı verən silah sursatların Ukraynaya verilməsi prosedurlarına başlandığını elan etdilər.
Açığı indiki bu atəşkəs daha çox Rusiyaya lazımdır. Sadəcə Putinin başqa narahatlığı var. O əmin deyil ki, bu 30 gün məsələsi avropalı liderlərlə razılaşdırılmış ssenari deyil.
Ola bilsin Putin düşünür ki, Avropa (Almaniya, Böyük Britaniya, Fransa) Ukraynanın qarşıdakı xərclərini və hərbi dəstəyi öz üzərinə götürmək şərti ilə razılaşıb və bunun üçün vaxt lazım olduğunu bildiriblər. Öz vətəndaşlarını hazırlamaq, qanunvericilik və maliyyə tərəfini həll etmək, Almaniyada hakimiyyətin formalaşmasını bitirmək, Türkiyəni prosesə cəlb etmək və s.
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.