Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
07:11 | 24 mart 2025 | Bazar ertəsi
Məqaləyə 429 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ermənistan Türkiyə-Azərbaycan ittifaqını ən yaxşı halda parçalamaq, ən pis halda isə neytrallaşdırmaq üçün aydın strategiyaya sahibdir. Bunun üçün məqsədyönlü iş aparır. Türkiyənin regional maraqlarına cavab verən və həssas məsələlərdə elə gedişlər edir ki, Türkiyə Ermənistandan məsafə saxlaya bilmir.
Paşinyan elə bir alçaq manipulyatordur ki, onun gedişlərini izləmək hətta ən təcrübəli siyasətçilər, hətta böyük xalqlar üçün də çətin olur. II Qarabağ müharibəsi kimi qanlı müharibəni öz təhrikçi siyasətiylə başladan bu yaramaz 1-2 ilin içərisində özünü sülh göyərçini kimi təqdim edə bilir.
Paşinyan “erməni soyqırımı iddiasını Rusiya Türkiyənin NATO üzvlüyünə görə cəzalandırmaq üçün ortaya atıb” bəyanatını verəndə Azərbaycanda hamı bunu sevinclə qarşıladı. Hamı “ura Paşik soyqırım iddialarından əl çəkdi” deyib ekstaza gəldi. Amma heç kimin ağlına gəlmədi ki, Paşinyan bununla Ermənistanı çətin vəziyyətdən çıxarmağa çalışır, Türkiyəni neytrallaşdırmağı, onun Azərbaycana dəstəyini kəsməyi qarşısına məqsəd qoyub.
Türkiyə-İsrail qarşıdırmasının ən pik vaxtında, Azərbaycanın İsrailə münasibətdə ehtiyatlı mövqe sərgilədiyi mərhələdə Paşinyanın Fələstinin müstəqilliyini tanıması da məkrli gediş idi. Ermənistan bu gedişiylə Türkiyəni şirnikləndirdi. Rəsmi Ankara buna görə Paşinyana az qala bəy tərifi desin.
İndi də Suriya məsələsində Türkiyənin həssaslığını bildiyi üçün bundan istifadə edib Türkiyə-Azərbaycan münasibətlərini pozmağa cəhd edir. Azərbaycan növbəti dəfə quru sərhədlərin bağlanma qərarı verdiyi ərəfədə Suriyaya “humanitar yardım” bəhanəsiylə Türkiyə-Ermənistan sərhədlərini açmağı təklif edir və nail olur. Bununla Türkiyəni çıxılmaz vəziyyətə salır.
Azərbaycanın Ermənistanın məkrli siyasətinə qarşı oynaya biləcəyi elə də çoxlu kartları yoxdur. Türkiyə ilə münasibətləri soyutmaq, buna görə çılğın reaksiya çıxış yolu deyil. Türkiyə hesab edir ki, Azərbaycan torpaqları işğaldan azad edilib, Ermənistan Azərbaycanın sülh tələblərinin hamısını qəbul edib. Vəssalam! Ermənistanın bizə uzatdığı əli geri çevirə bilmərik.
Azərbaycan İsraillə anti-Ermənistan siyasətini dərinləşdirməlidir. Fələstinin müstəqilliyini tanıyanda İsrail Ermənistanın Tel-Əvivdəki səfirini çağırıb etiraz notası vermişdi. O vaxt Azərbaycan bu prosesi davam etdirmədi. Ola bilsin ki, Türkiyə və İslam həmrəyliyi nəzərə alınmışdı. Amma bu səhv yanaşma idi. Heç olmasa pərdələnmiş şəkildə İsrailin Ermənistanı Fələstinə görə cəzalandırmasına nail olmaq lazım idi. Deyək ki, həmin vaxt ABŞ-da Ağ Evdə Bayden idi, onun İsraillə münasibətləri gərgin idi. Bəs Konqresdə və Senatdakı İsrail lobbisinə nə olmuşdu. Bəs yaxşı, indi ki Ağ Evdə, Konqresdə və Senatda İsrailin əmrlərinə müntəzir respublikaçılar hakimiyyətdədir. Necə ola bilər ki, anti-İsrail siyasət aparan, İranın Cənubi Qafqazda bir nömrəli müttəfiqi olan Ermənistan cəzasız qala bilir?! Nəinki cəzasız, hətta İsrailin müttəfiqi ABŞ tərəfindən dəstəklənir, ABŞ-ın vitse-prezidenti tərəfindən qəbul edilir. Görünür Azərbaycan İsraillə müttəfiqliyin potensiyalından tam istifadə edə bilmir. Azərbaycan İsraillə ciddi iş apara bilmir. Türkiyədən yaxud başqa İslam ölkələrindən ehtiyat edir. Azərbaycan çevik siyasət aparmalıdır. Öz maraqlarından çıxış etməlidir.
İsrailə izah edilməlidir ki, onlara görə Azərbaycan ağır qiymət ödəyir. İsraillə müttəfiqliyə görə Azərbaycan Türkiyədən tam dəstək ala bilmir. Ermənistan da Azərbaycanla İsrail müttəfiqliyindən istifadə edib Türkiyə ilə yaxınlaşır. Paralel olaraq da İranın Cənubi Qafqazda əsas müttəfiqinə çevrilib. İsrail özünün siyasi imkanlarını işə salıb bu siyasətinə görə Qərb/ABŞ-Ermənistan münasibətlərini gərginləşdirməlidir. Necə ola bilər ki, Ermənistan eyni vaxtda İsrailin düşmənləriylə və müttəfiqləriylə işbirliyinə girə bilər?! Azərbaycan buna imkan verməməlidir.