vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜLƏŞ  
4 qızıl, 4 bürünc 09:07 | 20 iyun 2013 | Cümə axşamı Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 qızıl, 4 bürünc

Yığma komandamız Avropa çempionu olub

lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş yarışlarında mübarizəyə qoşulub.

63 kq çəkidə Teymur Məmmədov ardıcıl olaraq bütün görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Final yolunda slovak, rumın, erməni və türk rəqiblərini üstələyən Teymurun finalda rəqibi Rusiya güləşçisi olub. Rəqibinə heç bir şans verməyən Teymur qızıl medala yiyələnib.
76 kq çəkidə təmsilçimiz Şamil Sadullayev ilk görüşdə erməni rəqibini məğlub edib. Şamil Sadullayev bu uğurunu axıra qədər davam etdirə bilməyib. Təmsilçimiz yarımfinalda məğlub olub, ancaq bürünc medal uğrunda görüşdә Polşa güləşçisini mәğlub edib vә bürünc medal qazanıb.
Fazil Həsənov (46 kq) və Vurğun Əliyev (54 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. Hər iki təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Fazil Məmmədov Almaniya, Vurğun Əliyev isə Bolqarıstan təmsilçisini üstәlәyib, bürünc medala sahib olub.
Belәliklә, yeniyetmә sәrbәst gülәşçilәrimiz çempionatın ikinci gününü 1 qızıl vә 3 bürünc medalla başa vurub.