ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
10:04 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 100 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
ABŞ prezidenti Donald Trampın ikitərəfli gömrük tarifləri qüvvəyə minməsi ilə qızıl qiymətləri də artıb. Qızıl əvvəlki seanslarda görülən rekord səviyyələrdən geri çəkilsə də, ABŞ prezidenti Donald Trampın ikitərəfli tariflərindən sonra yenidən yüksəlməyə başlayıb.
Yeni ticarət günündə qızılın unsiyası 1 faizə yaxın artıb. Qızılın unsiyası 3035 dolları sınaqdan keçirib. Son qiymətlərlə, ilin əvvəlindən qızılın unsiyası 15 faizdən çox artıb.
“Qızılın bərpası, tarif təhdidləri və qlobal ticarət normalarının potensial yenidən formalaşdırılması ilə bağlı artan investor narahatlığını əks etdirir,” – “Oversea-Chinese Banking Corp.”un valyuta strateqi Kristofer Vonq bildirib. Vong qeyd edib ki, qızıl daha nizamsız qlobal iqtisadiyyata qarşı yaxşı qoruyucu olaraq qalır.
ABŞ Prezidenti Donald Trampın 10 faizlik baza dərəcəsindən yüksək olan və təxminən 60 ölkəyə tətbiq edilən qarşılıqlı gömrük rüsumları bu gün səhər saatlarında qüvvəyə minib. Çinin cavab tədbirindən sonra Tramp bu ölkəyə əlavə 50 faiz tarif elan edib. Belə ki, Çindən idxal olunan məhsullara tətbiq olunacaq gömrük rüsumunun dərəcəsi bu gün səhər saatlarında 104 faiz olaraq qüvvəyə minib. ABŞ prezidenti tariflərin tətbiqinə qədər vaxtını ABŞ müttəfiqləri ilə danışıqlara sərf edib.