vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
“Eyni millətin ayrılmaz hissəsi ...” 21:29 | 9 aprel 2025 | Çərşənbə Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Eyni millətin ayrılmaz hissəsi ...”

“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından çox məmnunuq”

Cavid SƏRXANBƏYLİ

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Ersin Tatar Azərbaycanın paytaxtı Bakıda ADA Universitetində keçirilən və dünyanın 44 ölkəsindən 80-dən çox mütəxəssisin iştirak etdiyi “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanata münasibət bildirib.

ŞKTC prezidentinin rəsmi saytında yerləşdirilən məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin lideri Ersin Tatar Azərbaycan dövlət başçısı İlham Əliyevin “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda səsləndirdiyi bəyanatı alqışlayıb.

Azərbaycan Prezidenti Əliyevin bəyanatında, “ŞKTC-nin Annan planına “hə” dediyini, Cənubi Kipr yunan administrasiyasının isə buna qarşı çıxdığını xatırladaraq, “Sonra nə oldu? Kipr yunan administrasiyası AB-yə üzv qəbul edildi. Bu ədalətlidirmi? Bu, ikili standartların bariz nümunəsidir. ŞKTC qardaşlarımız əmin ola bilərlər ki, onların ölkəsi beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınması üçün hər zaman onların yanında olacağıq”, – deyib.

Ersin Tatar buna cavab olaraq, “Biz Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından son dərəcə şadıq. Mən Şimali Kipr Türk Respublikasına göstərdiyi güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”, – deyib.

“Sevinirik ki, eyni millətin ayrılmaz hissəsi olan Azərbaycanla qəlb birliyimiz, dəyərlərimiz, əlaqələrimiz getdikcə artır”.

“Mən Prezident Əliyevə verdiyi bəyanatlara görə bir daha təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız və əməkdaşlığımız əbədi olaraq davam edəcəkdir”, – ŞKTC prezidenti bildirib.