

Alman-Türk Dostluq Federasiyası tərəfindən 13 ildir həyata keçirilən «Kybele-2014» mükafatının qalibləri açıqlanıb.
AzVision.az-ın məlumatına görə, bu il
«Kybele-2014» Şərəf Mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya təqdim ediləcək. Mükafatın birinci
xanıma yaxın günlərdə Bakıda keçiriləcək tədbirdə təqdim olunması gözlənilir.
Alman-Türk Dostluq Federasiyasının sədri Cihan Sendan bildirib ki, mükafatın Mehriban Əliyevaya verilməsinin səbəbi, birinci xanımın illərdir ki, bir çox faydalı layihələrə imza atması olub.