6 ildə 165 milyon baqaj itib
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
14:11 | 17 may 2025 | Şənbə
Məqaləyə 316 dəfə baxılıb
Şriftin ölçüsü
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Avropada geniş uçuş şəbəkəsinə malik İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair”ə xüsusilə bayram mövsümlərində böyük tələbat var. Bununla belə, şirkətin cəlbedici bilet qiymətləri səyahət zamanı tutulan çoxlu əlavə rüsumlarla kompensasiya edilir. Oturacaq seçimi 4,50-33 avro, 20 kilo baqajın qiyməti isə 18,99-59,99 avro arasındadır.
Bu qiymət siyasəti şirkətin keçən il İspaniya hökuməti tərəfindən böyük məbləğdə cərimələnməsi ilə nəticələndi. Bununla belə, “Ryanair” əlavə ödəniş sxemini genişləndirməyə davam edir.
Şirkətin saytındakı yeni qaydaya görə, uçuşa 40 dəqiqədən az qalmış hava limanına gələn sərnişinlər artıq təyyarəyə buraxılmayacaq. Bu insanlar yalnız 100 avro ödəməklə başqa reysə keçə biləcəklər.
“Ryanair”ə görə, qeydiyyat masaları və baqaj buraxma məntəqələri uçuşdan ən azı iki saat əvvəl açılır və uçuşa 40 dəqiqə qalmış bağlanır. Şirkət bu proqramı rəsmi press-relizlə elan etməyib, sadəcə onu öz saytına əlavə edib.
***
“Irish Sun” qəzetinin məlumatına görə, şirkət uçuşların vaxtında uçmasını təmin etmək üçün bu yeni tətbiqi təqdim etdiyini açıqlayıb. Bildirilir ki, gecikən sərnişinlər daim uçuşları və uçuş planlarını pozurlar. “Təyyarə qapısına vaxtında çatmayan hər kəs digər sərnişinləri gecikdirir", – “Ryanair”in baş direktoru Maykl Oliri deyib.
Uçuşunu yarımçıq qoyan sərnişinlər havaya qalxdıqdan sonra bir saat ərzində 100 avroya başqa reys sifariş edə bilərlər.
***
Yeni qayda bununla məhdudlaşmır. Əvvəlcədən onlayn qeydiyyatdan keçməyən sərnişinlər hava limanında qeydiyyatdan keçərkən 55 avro əlavə rüsum ödəməli olacaqlar. Bu, səyahətin ümumi dəyərini əhəmiyyətli dərəcədə artırır.