ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
09:59 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 105 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Ticarət gərginliyinin qlobal iqtisadiyyata və Yaxın Şərqdən gələn ən son geosiyasi xəbərlərə görə investorların narahatlığına səbəb olması ilə qızıl ardıcıl üçüncü gün bahalaşıb.
Külçə əvvəlki iki seansda 2,5 faizdən çox qazandıqdan sonra bir unsiya üçün təxminən 3,310 dollara yüksəlib. Noyabr ayından bu yana ən pis həftəsini keçirən qızıl, “Moody's”in ABŞ-ın ən yüksək kredit reytinqini aşağı salmasından sonra yenidən güclənib. Bu yüksəliş ABŞ-ın sürətlə artan büdcə kəsiri ilə bağlı narahatlıqları canlandırıb və bəzi investorların təhlükəsiz sığınacaqlara qaçmasına səbəb oldu.
Təhlükəsiz sığınacaq tələbi CNN-in İsrailin İranın nüvə obyektlərinə hücum planlaşdırdığına dair xəbəri ilə də daha da güclənib. Eyni zamanda, bu həftə ucuzlaşan ABŞ dolları qızılın digər valyutalarla alışını ucuzlaşdıraraq qiymətlərə müsbət təsir edib.
Son dəyişkənliyə baxmayaraq, qızıl bu il təxminən 26 faiz bahalaşıb. Bu artımda rəsmi və özəl sektor aktivlərinin dollarla ifadə olunan aktivlərdən diversifikasiyası da təsirli olub. Dünən qızıl bir unsiya üçün 3,250 dollardan yuxarı qalxıb və bu, qiyməti daha da yüksəldən qısa sıxılmalara səbəb oldu.
Bakı vaxtilə Saat 9:42-yə olan məlumata görə, qızıl 0,6 faiz artaraq 3,311,04 dollar olub. “Bloomberg Dollar Spot” İndeksi 0,4 faiz azalıb və bu dolların ardıcıl üçüncü gündəlik enişi olub. Gümüş bir qədər yüksəldi, platin və palladium isə ucuzlaşıb.