PVV öndə
Hollandiyada seçki öncəsi ifrat sağçılar yüksəlişdə
14:22 | 6 iyun 2025 | Cümə
Məqaləyə 151 dəfə baxılıb
Şriftin ölçüsü
Hollandiyada seçki öncəsi ifrat sağçılar yüksəlişdə
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Əhali baş ağrısı, ürəkbulanma, yorğunluq və stressdən şikayət edir
“2,5 milyon avro dəstək verilməsə, bağlana bilərik”
PVV öndə, VVD geriləyir, DENK özünə gəlir
Hollandiyada ifrat sağçı partiyalar seçkiqabağı islam düşmənçiliyində yarışa girib
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
Avropa ölkəsində dövlət və səhiyyə qurumlarına kiber hücum
Hollandiyada müsəlman qurumlar Vilders haqqında prokurorluğa şikayət edib
Hollandiya PURL mexanizmini dəstəkləyən ilk NATO dövləti oldu
Avropa təcili ərzaq strategiyası qurur
Amsterdam küçələrində gəmirici basqını
Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir
Sığorta şirkətləri müflis olma durumunda
Avropanın ən böyük limanında müharibə imitasiyası
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Kiesraad (Seçki Şurası) Hollandiyada növbədənkənar ümumi seçkilərin 29 oktyabr 2025-ci il çərşənbə günü keçirilməsini tövsiyə edib.
Tarix təklifi koalisiyanın dağılmasından sonra parlamentdə qəbul edilmiş “mümkün qədər tez seçkilər” çağırışına cavabdır.
Kiesraad qeyd edib ki, tarix təyin edilərkən həm hüquqi tələblər, həm də praktiki ehtiyaclar və seçki hazırlığı nəzərə alınıb. Xüsusən də bələdiyyələrin hazırlıq prosesi, seçki qutularının işçiləri ilə təmin olunması və xaricdəki seçicilər tərəfindən səsvermə sənədlərinin vaxtında qəbulu mühüm əhəmiyyət kəsb edir.
Kiesraad sədri Uim Kuijken, “Kifayət qədər könüllülərin tapılması, seçki məntəqələrinin hazırlanması və xaricdəki seçicilərə vaxt verilməsi kimi elementlər çox vacibdir”, – deyib.
Seçkilərə hazırlaşmaq üçün siyasi partiyaların da vaxta ehtiyacı olduğu vurğulanıb. Seçki proqramlarının yazılması, namizəd siyahılarının hazırlanması, partiyadaxili qurultayların təşkili üçün vaxt lazımdır.
Bütün bu amilləri nəzərə alan Kiesraad 29 oktyabrı “ilk real variant” hesab edir. Təklif Nazirlər Şurasında müzakirəyə çıxarılacaq.
Daxili işlər naziri Cudit Uitermark (NSC) çox güman ki, bu tövsiyəni qəbul edəcək. Parlamentdəki əksəriyyətin etiraz etmək hüququ olsa da, qərardan əvvəl bütün partiyalarla məsləhətləşmələr aparıldığı üçün etiraz ehtimalı aşağı hesab olunur.