vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
KRİMİNAL, CİNAYƏT  
Avropada türklərə qarşı şiddət artıb 15:17 | 8 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 44 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada türklərə qarşı şiddət artıb

Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın İsveçrə sərhədində yerləşən Annemasse şəhərində baş verən hadisədə Əskişəhərdən olan qürbətçi qadın maskalıların hədəfində olub. Uzun illər əvvəl ərindən boşanan yaşlı qadın Fransada tək yaşadığı evdə hücuma məruz qalıb.

Hadisəni danışan yaşlı qadın, həmin gecə saat 23:30-da qapının zəngini çaldığını bildirib. Qapının zəngini vuranlar məni nəvələrim kimi “nənə” deyə çağırırdılar.

Qadın yuxu dərmanından çaşmış halda qapını açanda içəri iki maskalı kişi girdi. Hücum edənlərdən biri onu boğaraq yerə sürükləyib. Ağzı bağlı olan qadın qonşuları eşidənə qədər qışqıraraq, özünü xilas etməyə çalışıb.

Səs-küyü eşidən fransız qonşuları dərhal polisə və onun ailəsinə xəbər verib. Hadisə yerinə qadının uşaqları, nəvələri və qohumları gəlib. Həkim qadına bədənindəki xəsarətlərə görə 8 gün ağır halda olub.

Hücum edənlər yaşlı qadının məzuniyyət üçün yığdığı pulu götürərək qaçıblar. Sağ qolundan və dizindən əlil olan qadın bu şiddətli hücumdan sağalmaqda çətinlik çəkir. Polis araşdırmalara başlasa da, şübhəlilər hələ də tutulmayıb.

Yaşlı qadın "məqsədim başqalarının çox diqqətli olmasıdır. Belə bir şey yaşamaq çox çətindir" deyən hər kəsə xəbərdarlıq edib.

***

Hollandiyada 13 yaşlı türk qızı üzgüçülük hovuzunda yetkin kişi tərəfindən ölümünə döyülüb. Ailə mühafizəçilərin müdaxilə etmədiyini bildirib. Hadisə sosial mediada böyük əks-səda doğurub.

Hadisə keçən həftə Hollandiyanın Huizen şəhərindəki “Sijsjesberg” açıq hovuzunda baş verib. Dərsdən sonra hovuzda qalmağa qərar verən 13 yaşlı türk qızı orada yetkin kişi tərəfindən şiddətlə döyülüb. Gənc qızın böyük bacısı Qəmzə Dəmir hadisədən sonra açıqlama verərək, təcavüzkarın bacısının başına ağır zərbələr vurduğunu, daha sonra yerə yıxılan uşağı təpikləməyə davam etdiyini bildirib.

Hücum nəticəsində gənc qızın gözü qara, boynunda cızıqlar və bədəninin müxtəlif yerlərində qançırlar olub. Hadisə zamanı ərazidə çoxlu insanın olmasına baxmayaraq, ilkin tibbi yardım göstərilməyib və ailənin xahişi ilə təcili yardım çağırılıb. Qəmzə Dəmir hücum zamanı onların hadisə yerində olan mühafizəçilərin müdaxilə etmədiyini və bunun videolarla sübut olunduğunu bildirib.

Hadisə şahidi Alicia (18) cinayətkarı qismən gördüyünü deyib. Hücum yalnız ərazidəki bəzi gənclərin müdaxiləsi ilə bitib. “İzdihamlı bir gündə belə az nəzarət qəbuledilməzdir”, – deyib.

Polis hadisədən sonra yetkin bir kişinin nəzarətə alındığını, lakin onun yaşı ilə bağlı məlumat verilməyəcəyini açıqladı. Daha sonra şübhəlinin dindirilmək üçün sərbəst buraxıldığı bildirilib. Ailə ağır cinayətə görə rəsmi cinayət işi qaldırıb.

Səlahiyyətlilər hadisənin videogörüntüləri və ya şahidləri olan hər kəsi polisə müraciət etməyə çağırıb. Digər tərəfdən, hovuz rəhbərliyi işçilərin münasibəti və hadisə ilə bağlı şərh verməkdən çəkinib.