Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
10:57 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 156 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
Qlobal bazarlar ABŞ-ın inflyasiya məlumatlarına (CPİ – Consumer Price Index – İstehlak Qiymətləri İndeksi) diqqət yetirərkən, ABŞ-Çin danışıqlarında razılaşma siqnalları diqqət çəkən başlıqlar arasındadır.
“Wall Street” fond indeksləri dünən ABŞ-ın ticarət naziri Lutnik Çinlə ticarət danışıqlarının yaxşı getdiyini elan etdikdən sonra günü yüksəlişlə bağlayıb.
“S&P 500” 0,55 faiz bahalaşaraq rekord səviyyəsinə 2 faizdən az qaldı. Böyük texnologiya şirkətləri arasında ən böyük qazancı “Tesla Inc.” əldə etdi. “Nasdaq 100” günü 0,66 faiz yüksəlişlə bağladı. Bu gün Bakı vaxtilə saat 03:21-ə olan məlumata görə, ABŞ fyuçers indeksləri təxminən 0,3 faiz azalıb, ABŞ-ın bugünkü CPİ məlumatlarını bir qədər qabaqlayan “Bloomberg Dollar İndeksi” isə azacıq yüksəlib. Pimco, yeni dünya nizamında dəyişən ticarət dinamikasına və artan kəsirlərə işarə edərək, növbəti beş il üçün 5-10 illik qlobal istiqrazlara üstünlük verməyi və portfelində daha az uzunmüddətli istiqrazlara sahib olmağı planlaşdırdığını açıqladı. Digər tərəfdən qlobal bazarların izlədiyi bir başqa inkişaf olan ABŞ 30 illik istiqraz hərracının gəlirliliyi isə dünən sözügedən açıqlamadan əvvəl çox cüzi azalıb.
ABŞ və Çin arasında ilkin razılaşmanın əldə olunduğu elanından sonra Asiya fond bazarları yüksəlişdədir. Yapon “Nikkei 225” 0,45 faiz, Hong Kong “Hang Seng” və Çin “CSI 300” müvafiq olaraq 0,95 faiz və 0,82 faiz bahalaşıb.
***
ABŞ-da may ayı istehlak inflyasiyası məlumatları bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların orta hesablamasına görə, İstehlak Qiymətləri İndeksi aylıq 0,2 faiz, illik isə 2,4 faiz artacaq. Ərzaq və enerjini istisna edən əsas CPI-nin aylıq 0,3 faiz, illik isə 2,9 faiz artması gözlənilir. “Bloomberg Economics” CPI məlumatlarını gözləyir.
İqtisadçı Anna Vonqun fikrincə, aylıq başlıq istehlakçı inflyasiyası 0,11 faiz, əsas istehlak inflyasiyası isə 0,17 faiz ola bilər. “Şirkətlər istehlakçılara çoxlu tarif xərcləri ötürməmiş kimi görünə bilər, lakin təhlilimiz göstərir ki, bəzi şirkətlər son üç ayda bu xərcləri istehlakçılara ötürüblər. Bunun əsas CPI-də əks olunmamasının iki səbəbi var. Birincisi, istehlakçıların bu məhsullara tələbatının azalması səbəbindən bəzi ixtiyarlı xidmət kateqoriyalarında qiymətlər aşağı düşüb. İkincisi, tarif şokuna daha çox məruz qalan mallar ticarət müharibəsindən əvvəl deflyasiya tendensiyası nümayiş etdirirdi. Ona görə də bu təsir bu malların inflyasiya təsirini bir qədər artırdı. Nəticədə, may ayı CPI məlumatları tariflərin istehlakçı qiymətlərinə keçdiyini göstərəcək, lakin aviabiletlər kimi mühüm xidmət kateqoriyaları bu təzyiqi artıqlamasıyla kompensasiya edəcək. Bununla belə, əsas CPI orta səviyyədə artsa belə, istehlakçıların inflyasiya gözləntilərinin azala biləcəyindən narahat olan FED-in faiz endirimini sürətləndirməsi üçün kifayət etməyəcək”, – deyə Vonq bildirib.
FED rəsmilərinin proqnozlarının önümüzdəki aylarda inflyasiyanın artacağına işarə etdiyini təxmin edən “Bloomberg Economics”, bu il yalnız bir dəfə, dekabr toplantısında 25 baz bəndlik faiz endirimi proqnozlaşdırmağa davam edir.