ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
13:10 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 108 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qızıl ehtiyatlarını ABŞ-da saxlayan Almaniya və İtaliyada ictimaiyyət qızıllarının qaytarılıb-qaytarılmaması məsələsini müzakirə edir və hökumətə təzyiqlər artır.
Dünya Qızıl Şurasının məlumatına görə, Almaniya və İtaliya müvafiq olaraq 3,352 metrik ton və 2,452 ton ilə ABŞ-dan sonra dünyada ikinci və üçüncü ən böyük qızıl ehtiyatlarına malikdirlər.
Hər iki ölkə qızıllarının üçdə birindən çoxunu ABŞ-da saxlayaraq Nyu-York “Fed”ə çox güvənir. Hesablamalara görə, onların Nyu-York “FED”də saxlanılan qızıllarının ümumi bazar dəyəri hazırda 245 milyard dollardan çoxdur.
Alman-İtalyan siyasətçisi və Almaniyanın Sol Partiyasından keçmiş Avropa Parlamentinin üzvü, hazırda solçu populist BSW partiyasına qoşulan Fabio De Masi verdiyi müsahibədə qızılın Avropaya və ya Almaniyaya geri qaytarılmasını dəstəkləmək üçün “güclü səbəblərin” olduğunu deyib.
Ölkələrin qızıllarını ABŞ-da saxlamasının əsas səbəblərindən biri Londonla yanaşı Nyu-Yorkun da dünyanın ən mühüm qızıl ticarət mərkəzlərindən biri olmasıdır.
Qızılın geri qaytarılması ictimai müzakirədir
“Financial Times” qəzetinin yazdığına görə, qızılın geri qaytarılması təklifi Almaniyada həm sol, həm də sağçı siyasi partiyalardan dəstək alır. Xristian Sosial Birliyinin (CSU) üzvü Piter Qauveyler vurğulayıb ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkənin qızıl ehtiyatlarını qorumaq üçün “tələsik” hərəkət etməməlidir.
Qauveyler mövzu ilə bağlı açıqlamasında, “Son on ildə xaricdə qızılın saxlanmasının daha təhlükəsiz və sabit hala gəlib-gəlmədiyi sualını həll etməliyik. Cavab aydındır “YOX!”. Çünki geosiyasi risklər dünyanı daha az təhlükəsiz bir yerə çevirir”.
Avropa Vergi Ödəyiciləri Assosiasiyası da bu yaxınlarda Almaniya və İtaliyanın maliyyə nazirliklərinə mesaj göndərərək, onların mərkəzi banklarını qızıl anbarı kimi ABŞ-a etibar etmələrini yenidən nəzərdən keçirməyə çağırıb.
Trampın FED-in müstəqilliyinə müdaxiləsindən dərin narahatlıq duyduqlarını ifadə edən Assosiasiya prezidenti Yaqer, “Bizim tövsiyəmiz budur ki, Almaniya və İtaliya qızıllarını ölkələrinə qaytarsınlar və Avropa Mərkəzi Bankının (AMB) bu qızıl üzərində nəzarəti təmin etsinlər”.
İtaliyanın baş naziri Corca Meloni aprel ayında Vaşinqtonda Trampla görüşməzdən əvvəl baş nazirin adaşı, məşhur iqtisadi şərhçi Corca Meloni yerli qəzetdə yazırdı: “İtaliyanın qızıl ehtiyatlarının 43 faizini etibarsız Tramp administrasiyasına buraxmaq ölkənin maraqları üçün çox təhlükəlidir”.