
“Bu gözəldir, onu bağlayacağıq”
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Almaniyada birjalardakı yüksəliş sayəsində super varlıların sayı və sərvəti rekord həddə çatıb. Ən varlı 3900 nəfər maliyyə aktivlərinin 27 faizinə sahibdir.
Ölkənin son dərəcə zənginləri fond bazarlarında dəyər artımı səbəbindən son bir ildə sürətlə artıb. Bu insanlar indi Almaniyanın ümumi maliyyə aktivlərinin dörddə birindən çoxuna sahibdirlər. Xüsusilə 2024-cü il çox varlılar üçün rekordlarla dolu bir il oldu.
“Boston Consulting Group”un (BCG) məlumatlarına görə, Almaniyada təxminən 3900 “super varlı”, yəni maliyyə aktivləri 100 milyon dollardan çox olan insanlar ölkənin ümumi maliyyə sərvətinin 27 faizinə sahibdirlər. Bu, təxminən 3 trilyon dollara bərabərdir. BCG-nin təhlilinə görə, Almaniyada 2023-cü ildə beynəlxalq birjalardakı yüksəliş sayəsində super varlıların sayı 500 nəfər, bu qrupun sərvəti isə 16 faiz artıb.
***
BCG ekspertlərinin hesablamalarına görə, Almaniyada 2024-cü ildə ümumi sərvət 22,9 trilyon dollara (təxminən 20 trilyon avro) yüksəlib. Bunun 11,8 trilyon dolları daşınmaz əmlaka və digər real dəyərlərə, 11,1 trilyon dolları isə bank depozitləri, qiymətli kağızlar və pul vəsaitləri kimi maliyyə aktivlərinə yatırılıb. 11,1 trilyon dollarlıq maliyyə aktivinin 27 faizi birbaşa bu 3900 nəfərə məxsusdur. Bunun əksinə olaraq, ölkədə ümumi borc 2,2 trilyon dollar olaraq hesablanır ki, bunun da əksəriyyəti kredit borclarından ibarətdir.
2024-cü il təkcə ən varlılara deyil, ümumilikdə varlılara da sevinc bəxş etdi. Almaniyada dollar milyonerlərinin sayı keçən illə müqayisədə 65 min nəfər artaraq ümumilikdə 678 min nəfərə çatıb. Bununla belə, BCG-yə görə, sərvət piramidasının altındakıların sərvət artımı daha məhdud idi.
Dünyada hər il nəşr olunan “Qlobal Sərvət Hesabatı” ilə diqqət çəkən BCG, Almaniyanın super zəngin insanların sayına görə ABŞ (33.000) və Çindən (9.200) sonra üçüncü yerdə olduğunu bildirib. BCG-nin baş ofisi ABŞ-da yerləşir və 50-dən çox ölkədə ofisləri var. Beynəlxalq müqayisənin asanlığı üçün hesabatdakı bütün aktiv dəyərləri dollarla təqdim edilib.