 
                                880 nəfər imtahana gəlməyib
Sınaq imtahanlarının nəticələri açıqlandı
 12:43 | 10 iyun 2014 | Çərşənbə axşamı
                Məqaləyə 1446 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                12:43 | 10 iyun 2014 | Çərşənbə axşamı
                Məqaləyə 1446 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Sınaq imtahanlarının nəticələri açıqlandı
 
                                «Abituriyent» jurnalı siyahını açıqladı
 
                                Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı
 
                                Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər
 
                                «... Hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır»
 
                                «9-cu sinfi «2»-«3» qiymətlə bitirən şagirdlərin 30 faizi məktəbdən çıxır»
 
                                Buraxılış imtahanında iştirak etməyən 9-culara şəhadətnamə verilməyəcək
 
                                TQDK-nın sabiq sözçüsü hələ də axtarılır
 
                                Məleykə Abbaszadə: «Qəbul üçün minimal bal həddi...»
 
                                Fond nazirliyin tərkibinə keçdi
 
                                «Yeni qurum haqqında indidən danışmaq tezdir»
 
                                Keçmiş TQDK sədri yeni quruma başçılıq edəcək
 
                                Məleykə Abbaszadə Elnur Nağızadədən danışdı
 
                                Məleykə Abbaszadə abituriyentləri sakitləşdirdi
 
                                İlham Əliyev fərman imzaladı
 
                                150 manata kirayə qalan ucqar dağ kəndinin gənc müəllimi:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni elektron xidmətləri «Elektron hökumət» portalına əlavə olunub.
«Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsil alanların TQDK-nın «Şagird-məzun sistemi»ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması», «Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması» və «Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi» xidmətləri portal üzərindən təqdim olunacaq.
Rabitə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə. birinci xidmət əsas və ya tam orta təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün nəzərdə tutulub.
İkinci qeyd olunan xidmət vasitəsilə vətəndaşların komissiya rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn qeydiyyatının aparılması həyata keçirilir.
Sonuncu xidmət isə orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsini əhatə edir.