
880 nəfər imtahana gəlməyib
Sınaq imtahanlarının nəticələri açıqlandı
Sınaq imtahanlarının nəticələri açıqlandı
«Abituriyent» jurnalı siyahını açıqladı
Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı
Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər
«... Hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır»
«9-cu sinfi «2»-«3» qiymətlə bitirən şagirdlərin 30 faizi məktəbdən çıxır»
Buraxılış imtahanında iştirak etməyən 9-culara şəhadətnamə verilməyəcək
Məleykə Abbaszadə: «Qəbul üçün minimal bal həddi...»
Fond nazirliyin tərkibinə keçdi
«Yeni qurum haqqında indidən danışmaq tezdir»
Keçmiş TQDK sədri yeni quruma başçılıq edəcək
Məleykə Abbaszadə Elnur Nağızadədən danışdı
Məleykə Abbaszadə abituriyentləri sakitləşdirdi
İlham Əliyev fərman imzaladı
150 manata kirayə qalan ucqar dağ kəndinin gənc müəllimi:
Məleykə Abbaszadə təsdiqlədi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində axtarış dayandırılmayıb.
Bu barədə Baş Prokurorluqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Elnur Nağızadənin axtarışı davam etdirilir.
Qeyd edək ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.