Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
13:52 | 28 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 335 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Qızılın qiyməti, ABŞ ilə Avropa İttifaqı arasında gömrük tarifləri ilə bağlı əldə olunan razılaşmanın ardından sabitləşib. Bu inkişaf, iki əsas iqtisadi güc arasında kəskin bir ticarət müharibəsinin baş verə biləcəyi ilə bağlı narahatlıqları bir qədər aradan qaldırıb.
Qızılın bir unsiya üçün qiyməti həftəlik 0,4 faiz azaldıqdan sonra 3.340 dollar səviyyəsinin altında qalmaqda davam edir. Sərmayəçilər, Avropa Birliyinin avtomobillər də daxil olmaqla bir çox ixrac məhsuluna 15 faizlik gömrük rüsumu tətbiq olunacağı bu razılaşmanın qlobal iqtisadi mənzərəyə təsirlərini qiymətləndirməyə çalışır. Lakin razılaşmanın detallarının – xüsusilə metal bazarına təsirinin – qeyri-müəyyən qalması, tətbiq mərhələsində çətinliklərin ola biləcəyinə işarə edir.
Avqustun 1-i son tarix yaxınlaşdıqca bir çox ölkə hələ də ABŞ ilə razılaşma əldə etməyə çalışır. İnvestorlar isə xüsusilə Çin ilə aparılan danışıqlarda əldə olunan irəliləyişlərə dair daha aydın məlumat gözləyir.
Bununla yanaşı, bazarlar və iqtisadiyyat üçün ilin qalan dövrünə istiqamət verəcək önəmli bir həftəyə də daxil olunur. ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə faiz dərəcələrini sabit saxlaması gözlənilir. Lakin investorlar, FED-in açıqlamalarında monetar siyasət xəritəsinə dair işarələri diqqətlə izləyəcək.
Hazırda spot bazarda qızıl, Bakı vaxtı ilə saat 10:25-də bir unsiya üçün 3.339,30 dollar səviyyəsinə qədər 0,1 faiz bahalaşıb. “Bloomberg Dollar İndeksi” isə 0,2 faiz artıb. Gümüş, ETF-lərdə (birja investisiya fondları) artımla birlikdə dəyər qazanıb. Platin və palladium qiymətlərində də artım müşahidə olunub.