Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
10:46 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 333 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Qızıl ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcələrini endirəcəyi yönündə artan gözləntilər fonunda mövcud mövqeyini qorumaqda davam edir. İnvestorlar, zəifləmiş iqtisadi göstəricilərlə birlikdə faizsiz gəlir gətirən qızıl kimi aktivlərə daha çox maraq göstərirlər.
Qızılın bir unsiyasının qiyməti təxminən 3.370 ABŞ dolları civarında sabitləşib. ABŞ-da gözləntilərin altında qalan məşğulluq göstəriciləri fonunda bazar iştirakçıları FED-in gələn ay faiz endirimi qərarı vermə ehtimalını 93 faiz olaraq qiymətləndirirlər.
Faiz dərəcələrinin aşağı salınması, dividend və ya kupon gəliri olmayan qızıl kimi aktivləri daha cazibədar edir. Bu, qızılın “təhlükəsiz liman” olaraq statusunu daha da möhkəmləndirir.
Eyni zamanda, ABŞ-da Mərkəzi Bankın müstəqilliyi ilə bağlı yaranan risklər də qiymətli metallara olan tələbi artırır. Fed Direktorlar Şurasının üzvü Adriana Kugler-in istefası, Prezident Donald Tramp-ın faiz endirimi tərəfdarı olan bir namizədi təyin etmək ehtimalını gücləndirib. Bu da bazarda siyasi təzyiqlərin Fed-in siyasətinə təsir göstərə biləcəyi qorxularını artırır.
Londonda səhər saatlarında olan məlumata görə, qızıl 0,1% ucuzlaşaraq 3.370,78 ABŞ dolları səviyyəsinə geriləyib. Əvvəlki gün isə qızıl 0,3% artımla bağlanmışdı. “Bloomberg Dollar Spot” İndeksi isə 0,1% yüksəlib. Gümüş sabit qalıb, paladium və platin isə ucuzlaşıb.