
Fərqli dünya üçün yeni təməl
Yaxud Şanxay Əməkdaşlıq Təşkilatı və çoxqütblülük siyasəti
Yaxud Şanxay Əməkdaşlıq Təşkilatı və çoxqütblülük siyasəti
Azərbaycan Prezidenti dəvətə görə Özbəkistan rəhbərinə təşəkkürünü bildirib
Təşkilat daxili problemlərini həll edə biləcək?
Təşkilat daxili problemlərini həll edə biləcək?
Təşkilat daxili problemlərini həll edə biləcək?
Təşkilat daxili problemlərini həll edə biləcək?
31 avqust – 1 sentyabr tarixlərində dünya ictimaiyyətinin diqqəti Çinə yönələcək. Belə ki, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley iclası keçiriləcək. Daha sonra qələbənin 80 illiyi münasibətilə təntənəli mərasimlər baş tutacaq. Tədbirlərə onlarla dövlət başçısı dəvət olunub.
Hazırda 10 ölkə ŞƏT-in tamhüquqlu üzvü, 14 ölkə dialoq tərəfdaşıdır. Daha 10 ölkə isə təşkilatda müşahidəçi statusu almaq üçün müraciət edib. ŞƏT Mərkəzi Asiya ölkələri və Çinin Rusiya ilə siyasi dialoq platforması kimi qurulub. İllər keçdikcə struktur genişlənib. Burada əsas sütunlar ekstremizm, terrorizm və separatizmə qarşı mübarizədir. Lakin siyasi dialoq və antiterror mərkəzinin yaradılması ilə yanaşı, Çin uzun müddətdir ki, ŞƏT-in iqtisadi və rəqəmsal istiqamətini də inkişaf etdirir. Bu sammitdə məhz iqtisadi sahə üzrə sıçrayış gözlənilir.
Bu il ŞƏT bir sıra çağırışlarla üzləşib.
Hindistan və Pakistan arasında müharibə ŞƏT üçün əsl imtahan oldu. Bu ölkələr arasındakı qarşıdurma sammitin yekun sənədlərinə öz təsirini göstərə bilər.
İsrail və ABŞ-in İranla müharibəsi də ŞƏT-in vahid mövqe formalaşdırmasında çətinliklər yaratdı. İran ŞƏT üzvü olsa da, Hindistanın yanaşması müharibə ilə bağlı vahid mövqedən çıxış etməyə imkan vermədi.
Çin və Hindistan arasında rəqabət ənənəvi hal olsa da, Hindistan-ABŞ münasibətlərinin gərginləşməsi fonunda bu rəqabət konstruktiv xarakter alıb. Məhz bu amil qeyd edilən çağırışlara baxmayaraq, ŞƏT sammitinin müsbət tonda keçəcəyini vəd edir.
ŞƏT Azərbaycan üçün niyə vacibdir?
Hal-hazırda Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır və Bakı təşkilatın tamhüquqlu üzvü olmaq niyyətindədir. Çində keçiriləcək sammit bu istiqamətdə həlledici ola bilər. Lakin nəzərə alaq ki, ŞƏT daxilində hələ də genişlənmə məsələləri müzakirə olunur.
Azərbaycanın xarici siyasətində Asiya istiqamətini ŞƏT ilə qarşılıqlı əlaqə olmadan təsəvvür etmək mümkün deyil. Belə ki, ŞƏT-də iştirak Çin ilə münasibətlərin mühüm elementidir.
ŞƏT-də Mərkəzi Asiyanın dörd ölkəsi, yəni Türkmənistan istisna olmaqla hamısı iştirak edir. Mərkəzi Asiya ölkələri Azərbaycanın strateji müttəfiqləridir və əgər Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirak edirsə, onda ŞƏT-ə üzvlük bunun məntiqi davamıdir.
Azərbaycanla yanaşı, Ermənistan da ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu baxımdən, Azərbaycan və Ermənistanın bu xətti paralel olaraq aparması gözləniləndir. Ümumi regional baxışı formalaşdırmaq üçün Gürcüstanın da bu formata cəlb edilməsi lazımdır.
ŞƏT-in iqtisadi istiqaməti Azərbaycan üçün çox maraqlı və aktualdır, bunun üzərində işləmək lazımdır.
***
Aydındır ki, sammitdə iştirak edən liderlər ikitərəfli görüşlər keçirəcəklər. Burada Azərbaycan və Rusiya, Azərbaycan və Ermənistan, Ermənistan və Rusiya liderləri arasında mümkün təmaslar maraq doğurur.
Bu üç fərqli görüş həm ikitərəfli formatda, həm də regional perimetrdə əhəmiyyət kəsb edir.