vaxtlı-vaxtında oxuyun! Bazar, 6 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
Ermənilər Azərbaycanda taxıl biçirlər 14:36 | 22 iyun 2014 | Bazar Məqaləyə 1651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Azərbaycanda taxıl biçirlər

İşğal olunmuş ərazilərimizin qanunsuz istismarı davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərinin qanunsuz istismarına davam edir.


ANS PRESS-in məlumatına görə, təmas xəttində yerləşən kəndlərin sakinlərindən əldə etdiyimiz məlumata görə qarşı tərəf Ağdamın işğal altındakı Göytəpə kəndində taxıl biçininə başlayıb. Səhər saatlarından başlayaraq ərazidə bir neçə kombayn görünüb. Hazırda biçin işləri davam etdirilir. 

Onu da qeyd edək ki, Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin əkin sahələri Ermənistan silahlı qüvvələrinin mövqelərindən aydın göründüyü üçün sakinlər doğma torpaqlarında yalnız hava qaralandan sonra təsərrüfat işlərinə başlayır. Sakinlər deyir ki, ötən illərdə dəfələrlə sahədə işləyən texnika qarşı tərəfin atəşinə məruz qalıb.