
Ziya Bünyadovun qətlindəki sirr
Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər
Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər
Elçibəy başdan ayağa vicdan idi
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
“Atamın adından saxta profil açıb....”
Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi: “O, təmiz adam idi”
Elçibəyin oğlundan Siyavuş Novruzova cavab
Bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam
Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu
Azərbaycanın sabiq prezidentinin müşaviri uzun sürən xəstəlikdən əziyyət çəkirdi
Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»
Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»
Əlizadənin Elçibəyi miliyyətcə kürd adlandırması kin-küdurətin kulminasiyasıdır
Primakov: «Bakıdakı çıxışıma Quran oxumaqla başladım... Rəhim Qazıyev mənə mane oldu»
Bura Elçibəy də, Köçəryan da gəlirdi...
5 il əvvəl çoxları İraqın, Suriyanın parçalanacağını ağlına belə gətirmirdi
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
«İran məktəblərində, kitablarında və filmlərində cəmiyyətə türklər haqda mənfi təsəvvür aşılanır. Türklər ucadan danışan, blçaq çəkən, oğru, qadına sataşan adamlar kimi təqdim olunur,» deyə Vaşinqton civarında yaşayan güneyli fəal içərisində boya-başa çatdığı mühiti təsvir edir. İran hökumətinin basqıları altında doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qalmış Elyaz Yekənli Pəhləvilər dönəmindən bəri indiyədək rəsmi Tehranın yürütdüyü siyasətin Azərbaycan türklərində milli kimlik hissini məhv etməyə yönəldiyini deyir.
İranın rəsmi assimilyasiya siyasətinə baxmayaraq Azərbaycan türkləri öz milli varlıqlarını qoruyub saxlamış və bunun uğrunda mübarizə aparmaqdadırlar, deyə Elyaz Yekənli bildirir.
«Mən Zəncanda olanda şagirdlərdən niyə
türkcə öyrənmədiklərini soruşdum. Onlar mənə dedilər ki, Azərbaycan
türkcəsində danışdıqlarına görə müəllim onların qiymətini kəsir.»
Onun sözlərinə görə Azərbaycan türklərinin 90 faizi öz ana dilində
danışır. Tehrana yaxınlaşdıqca şəhərlərdə türkcə danışan adamların sayı nisbətən
azalır. Məsələn Təbrizdə bu rəqəm az qala 100 faizə yaxındırsa, Tehranda
türkcə danışanların sayı 40 faiz civarındadır.
Elyaz Yekənli dövlətin anti-türk siyasətinin təkcə siyasi yox, mədəni
müstəvilərdə də büruzə verdiyini önə çəkir. Onun sözlərinə görə İran
filmlərində və ədəbiyyatında Azərbaycan türkləri çox vaxt mənfi obraz kimi
işıqlandırılır. Gənc yaşlarından Azərbaycan türklərinə öz kimliklərindən
utanmaq, uzaqlaşmaq təlqin olunur.
Güneyli fəal internetin gəlişi
ilə son onilliklərdə əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirir. Onun sözlərinə görə çox sayda Azərbaycan türkləri peyk televiziyası
vasitəsilə türk teleseriallarına baxır, musiqini dinləyir. Onlar habelə
Azərbaycan Respublikasında cərəyan edənləri diqqətlə izləyirlər.
«Günyedə milli şüurun, türkçülüyün inkişafında böyük əməyi olan şəxsiyyət
Əbülfəz Elçibəydir,» deyə Elyaz Yekənli Azərbaycan Milli Azadlıq Hərəkatının
lideri Əbülfəz Elçibəyin tarixdəki unikal rolunu qeyd edir. Elçibəy haqda
hələ uşaq yaşlarında öyrəndiyini və bu idealları özünə həyat yolu seçdiyini
deyən güneyli fəal bu gün İran Azərbaycanında çox sayda gəncin Elçibəy yolunu
getdiklərini deyir.
«Güneyli Elçibəy haqda eşidəndə onun gözləri yaşarır, ağlayır, çünki o, elə bir
saf insan idi. O, Azərbaycanın xoşbəxt gələcəyini istəyirdi,» deyə
güneyli fəal dünyasını dəyişdikdən sonra bir çoxlarının Elçibəyin dəyərini
anladıqlarını və onun günəş kimi üfüqdə qalxdığını bildirir.