
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
Əflatun Amaşov: «Mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir»
«Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq»
«Nə iqtidar, nə də müxalifətçi namizədlərin səsi gəlir»
«Bu qərarları hər seçkidə verirlər»
«Siyasi, iqtisadi və insan haqları sahəsində müzakirələr olacaq»
Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasından danışdı
Erməni təxribatına ukraynalının cavabı: «Siz Dağlıq Qarabağı işğal etmisiniz...»
Erməni deputat: «Buna isə yol vermək olmaz»
Deputatlar Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası zamanı erməni deputatı Artaşes Qeqamyan əsassız iddialarla çıxış edib.
«Trend»in məlumatına görə, A.Qeqamyan Dağlıq Qarabağın müstəqil ölkə və İrəvanın Ermənistanın tarixi torpağı olmasını iddia edib.
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova isə erməni deputatının iddialarını ifşa edərək onu susmağa məcbur edib.
B.Muradova sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 22 ildən artıq mövcud olan Dağlıq Qarabağ məsələsi məhz qeyri-qanuni keçirilən referendumun və bir neçə dəfə qeyri-qanuni keçirilən parlament və prezident seçkiləri nəticəsində mövcuddur: »Erməni deputatı Dağlıq Qarabağı özünü ifadə etmiş bir dövlət kimi qələmə verməyə çalışır, hətta onun haqqında gülməli bir ifadə işlədərək onun demokratikliyini qələmə verməyə çalışır. Dağlıq Qarabağa səfər edən bizim həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada qalan bir qrup çox kasıb, aşağı səviyyədə yaşayan, bütün imkanlardan məhrum bir əhalinin hansı vəziyyətə olduğunu görür. Dağlıq Qarabağ xalqı deyilən bir şey yoxdur, orada yalnız etnik ermənilər yaşayır, Azərbaycan vətəndaşları və biz onların bugünkü durumu üçün çox narahatçılıq keçiririk, çünki bu insanlar «böyük Ermənistan» ideyasının çox xırda girovuna çevriliblər».
B.Muradova qeyd edib ki, ermənilər Dağlıq Qarabağ ilə bağlı həqiqətləri eşitmək istəmirlər.
Vitse-spiker qeyd edib ki, İrəvan tarixi Azərbaycan torpağıdır: «Mən bir də təkrarlayıram, 1918-ci ildə Şərqdə yaradılan ilk Demokratik Azərbaycan Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlərin nəticəsində məhz İrəvanın ermənilərə bağışlanması olub və biz bu qərarı öz cümhuriyyətimizə bağışlamırıq. Biz Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Bunu hər kəs bilsin».