
Ən hündürboy liderlər
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Azərbaycan prezidenti İlham Əliyev ölkənin Milli Məclisi tərəfindən Vergi Məcəlləsində edilmiş düzəlişi təsdiqləyib. Düzəliş yaxın vaxtlarda ABŞ hökuməti ilə FATCA üzrə nail olunmuş razılığa - Amerika sakinlərinin xarici hesablarına vergi qoyulması haqqında qanuna edilib.
«Trend»in məlumatına görə, məcəlləyə aşağıdakı məzmunda 76.2-1 maddəsi daxil edilib: «Azərbaycanın başqa dövlətlərlə bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycanın ərazisində bu ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən aparılan maliyyə əməliyyatları haqqında informasiya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən banklar və kredit təşkilatları tərəfindən icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən həcmdə və qaydada həmin dövlətlərin birbaşa və ya bilavasitə uyğun səlahiyyətli orqanına təqdim edilməlidir».
Bundan başqa, Məcəlləyə 76.2-1 maddəsindəki tələblərin pozulmasına görə maliyyə sanksiyalarını nəzərdə tutan 60.1.4 maddəsi daxil edilib: belə hesablar üzrə keçirilən əməliyyatların 30 faizi və ya əgər onlarla belə əməliyyat aparılmayıbsa, hər belə hesaba görə hər biri 400 manat həcmində cərimə.
Dövlət başçısının digər fərmanı ilə təqdim edilən informasiyanın həcmi və qaydasının müəyyən edilməsi üzrə səlahiyyətlər ölkənin Nazirlər Kabinetinə verilir, bu ötürülməni həyata keçirəcək orqan isə Azərbaycanın Vergilər Nazirliyi təyin edilib.
Ölkənin Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının təsdiq edilmiş düzəlişlərə uyğunlaşdırılmasına dair təklifi Azərbaycan prezidentinə təqdim etmək; xarici dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən ölkənin ərazisində keçirilən maliyyə əməliyyatları haqqında informasiyanın ötürülməsi həcmləri və qaydasını müəyyən etmək və bu barədə dövlət başçısına məlumat vermək; üç ay müddətinə Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquq aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasına nəzarət etmək və bu barədə beş ay ərzində dövlət başçısına məlumat vermək, həmçinin başqa məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İRS amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşma əldə ediblər.
2014-cü il iyulun 1-dən başlayaraq bütün ölkələrin bankları İRS sisteminə qoşulmalı və ona bu hesablar haqqında məlumat verməlidirlər. Əks halda onlara qarşı sanksiyalar tətbiq ediləcək.
Azərbaycan Beynəlxalq Bankı (ABB), «Bank Technique», «Zaminbank», «Bank Avrasiya», «Azər Türk Bank», «Muğanbank», «Qafqaz İnkişaf Bankı «, «Kapital Bank», «PAŞA Bank», «Günay Bank», «DəmirBank», «Xalq Bank», «TuranBank», «NIKOIL Bank» və «AtaBank» İRS-də qeydiyyatdan keçib.
Bundan başqa, Britaniyanın auditor və konsaltinq şirkəti «Baker Tilly», eləcə də ABB-nin və «PAŞA Bank»ın Gürcüstandakı törəmə strukturları sistemdə qeydiyyatdan keçiblər.
Azərbaycan bu ilin mayında İRS-in əməkdaş ölkələr siyahısına daxil edilib və bunun sayəsində ABŞ-ın vergi orqanı sistemində yerli maliyyə institutlarının qeydiyyatının ən son tarixi bu il dekabrın 31-dək uzadılıb. FATCA üzrə hökumətlərarası sazişin yekun mətni, bütün zəruri dövlətlərarası proseduraların tamamlanması və bilavasitə imzalanma bu ilin sonunadək baş tutacaq. İnformasiya mübadiləsinin praktiki təşkilini, məxfiliyin təmin edilməsi və digər məsələləri tənzimləyən əlavə sənədin isə 2015-ci ilin sonunadək imzalanması gözlənilir.