
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
Ermənistan Laçın ermənilərinə söz verib
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
Daha bir sabiq idarə rəisi həbs edilib
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
4 yüksək rütbəli zabit həbs edildi
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
Rusiya Laçında yol çəkir ...
Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən istiqamətdə hərəkətlərinin qarşısını almaq üçün sərəncamında olan istənilən silah və sursatdan istifadə etməyə hazırdır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı kütləvi informasiya vasitələrində Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun ermənilərin hərbi mövqelərini artilleriya silahlarından, qumbaraatan, minaatan, zenit qurğuları və digər iriçaplı silahlardan atəşə tutduğu və bunun nəticəsində Ermənistan tərəfinin böyük itkilər verdiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: «Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq».
O, həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar. («Trend»)