vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
Helikopterlər cəbhədə 10:09 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 1646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Helikopterlər cəbhədə

Uçuşlar planlı şəkildə həyata keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri cəbhənin Bərdə rayonu istiqamətində uçuşlar həyata keçirir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, helikopterlər bu gün səhər saat 08:30-dan uçuşlara başlayıb.

Helokopterlər bütün istiqamətlərdə təmas xəttinə nəzarət edir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirdilər ki, burada heç bir qeyri-adi hadisə baş verməyib.

Döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycanın Hərbi Hava Qüvvələri Aviasiyası mütəmadi olaraq planlı şəkildə uçuşlar həyata keçirir.

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi Ermənistan Respublikası kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatlar barədə açıqlama verib. Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, bu xəbərlərin heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır.

Ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır.