Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:14 | 12 avqust 2014 | Çərşənbə axşamı
Məqaləyə 3422 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bakının iri ticarət mərkəzlərində Rusiya və Latviya istehsallı köhnə, yararlılıq tarixi bitmiş ağartı məmulatları satılır. Bu barədə virtualaz.org saytına alıcılar məlumat veriblər. Onların sözlərinə görə, Riqa şəhərindəki məşhur «Rijskiy» süd kombinatı tərəfindən istehsal olunan «Romaşka» süd məhsullarının yararlılıq tarixi dəyişdiriləndən sonra yenidən satışa buraxılır.
Qeyd edək ki, saytımızın redaksiyasına təqdm olunan şəkillərdə də «Romaşka» kəsmiklərinin qablaşdırılması üzərində istehsal tarixinin silindiyi, yararlılıq tarixinin sonradan yazıldığı görünür. Kəsmiklərin son yararlılıq tarixi iyunun 26-da bitsə də köhnə məhsullar satışdan çıxarılmayıb.
Xəbərdə deyilir ki, köhnə məhsulların satışına Qaraçuxur qəsəbəsində yerləşən «Maşallah» marketində, «Everest», «Mikrarayon», «Günəş» mağazalarında rast gəlinir: «Köhnə məhsulların satışdan yığışdırılması üçün satıcılara irad bildirdik. Amma dedilər ki, məhsullar firma tərəfindən gətirilir və onların yığışdırılması üçün müdirdən göstəriş gəlməlidir».
İqtisadiyyat və Sənaye Nazirliyi də köhnə malların satışı ilə mübarizə aparır. Amma nazirliyin məlumatlarında tanınmış ticarət mərkəzlərinin adı çəkilmir. Belə görünür ki, nazirlik əsasən balaca köşk və ya mağazalarda yoxlama aparır.
Nazirliyin son hesabatında göstərilir ki, Masazır qəsəbəsində Anar Sədiyevə məxsus mağazada, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə, 32B ünvanında Həqiqət Məlikovaya məxsus mağazada, S.Mehmandarov küçəsi, 84-dəki Həmidə Həsənovaya məxsus mağazada istifadəyə yararsız məhsulların satıldığı aşkarlanıb.
Mağazalarda ümumilikdə saxlama müddəti ötmüş 60 kiloqramdan çox ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb.
Artıq pul qazanmaq üçün köhnə ağartı məmulatları satan mağaza sahibi daha çox ziyana düşə bilər. Çünki ağartı məhsullarından zəhərlənmə ehtimalı çoxdur. Xüsusilə yayda daha çox riskli qidalar tez xarab olan qidalar sayılır.
Gigiyena və Epidemiologiya Mərkəzindən virtualaz.org saytına bildiriblər ki, istifadə müddəti bitmiş ağartı məhsulları, dondurmalar, qənnadı məmulatları zəhərlənməyə səbəb ola bilər: «Köhnə məhsulların tərkibində toksinlər yaranır ki, o maddələr orqanizmə keçəndə zəhərlənmə baş verir. Bu hallardan qorunmaq üçün məhsulun yararlılıq tarixinə nəzər salmaq, dadı və rəngi dəyişmiş məhsullardan istifadə etməmək, eləcə də məhsulların saxlama şəraitinə riayyət etmək lazımdır».