vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏHİYYƏ, ORDU  
Zakir Həsənov həmkarlarını Naxçıvana çağırdı 10:51 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zakir Həsənov həmkarlarını Naxçıvana çağırdı

Müdafiə nazirlərinin görüşü olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvanda görüşü olacaq.

Müdafiə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə avqustun 18-də Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Naxçıvan şəhərində müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.