vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
Kaliforniya tarixində ilk qara ləkə 10:36 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kaliforniya tarixində ilk qara ləkə

Ştatın Dövlət Assambleyası «Dağlıq Qarabağ»ı tanıdı

Eldar TANRIVERDİYEV

ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin «Dağlıq Qarabağı»ın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Qeyd edək ki, Kaliforniya Dövlət Assambleyası bu ilin may ayının 8-də «Dağlıq Qarabağ»ın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul edib. Bu növ qanun layihəsi Kaliforniya Dövlət Assambleyası tarixində ilk dəfə olaraq qəbul olub.

P.S. Qonur ayı Kaliforniya ştatının rəmzi sayılır və ştatın bayrağında həkk olunub. Belə çıxır ki, ABŞ yırtıcısı şimaldakı ağ rəngli həmcinsinin siyasətinə dəstək verir.