
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
“Belə danışıqlar olmaz, Azərbaycanı məcbur etmək lazımdır ki...”
“Xalqın nümayəndəsi” Ermənistanın baş naziri postuna yeganə namizəd oldu
Paşinyan Sərkisyanın partiyası ilə danışıqlar aparır
Ermənistanda ilk dəfə əli qana batmamış liderin hakimiyyəti başlayır
Ermənistanın iki şəhərində etiraz mitinqləri olacaq
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
Helsinki Vətəndaş Assambleyası: «Əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır»
«Dedovşina» qurbanı olmuş əsgərin atası kompensasiya alacaq
Ermənistan ordusundakı fəlakətli vəziyyət açıqlandı
...Daha 16 hərbçidən xəbər yoxdur
«Nə iqtidar, nə də müxalifətçi namizədlərin səsi gəlir»
«Ağdamda helikopterin vurulmasında məsuliyyət Ermənistanın boynuna düşür». Bu barədə erməni politoloq, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns bu gün dərc olunmuş müsahibəsində bildirib.
Buna görə də, Artur Sakuns helikopterin vurulmasının dəqiq araşdırılmasını vacib sayır: «Əks halda, bu, müxtəlif cür manipulyasiyalara və psevdopatriotik çıxışlara səbəb olacaq».
Politoloq hadisənin Rusiyanın təsiri altında baş verdiyini vurğulayır: «Rusiya bir tərəfdən Ermənistan ordusunun təmas xəttinə yaxın ərazidə təlim keçməsinə mane olmadı. Digər tərəfdən Azərbayjanın bu gərginliyə səbəb olmuş addımının qarşısını almadı. Tərəfləri qızışdıran Rusiya desicnmeyker rolu qazanır». (Burada qeyd etmək lazımdır ki, Artur Sakuns əksər erməni politoloqların istifadə etdiyi «Dağlıq Qarabağ ordusu», «Dağlıq Qarabağ sərhədi» ifadələrini istifadə etmir və Ermənistan ordusu, təmas xətti sözlərini işlədir - red.).
Artur Sakuns erməni tərəfi helikopterin vurulmasına kəskin addımlarla cavab verməməyə çağırıb. Onun fikrincə, bu yalnız gərginliyi artırar, qurbanlara səbəb olar, ilk növbədə Dağlıq Qarabağ, bütünlükdə isə Azərbaycan və Ermənistan üçün, bütün region üçün dağıdıcı nəticələrə gətirər.
«Hadisələrin bu cür inkişafı yalnız Putinə və onun siyasətinə əlverişlidir. Putin istəyir ki, ona tabe olan ərazilərdə vəziyyəti gərginləşdirsin. Biz Putinin təcavüzkar geosiyasətinin alətlərindən birinə çevrilmişik. Ona görə də ilk növbədə biz zərər çəkəcəyik», - deyə erməni politoloq Artur Sakuns vurğulayıb. (ANS Press)