
Telefonnaya...
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
Heydər Əliyevin tarixi xidmətlərini zaman keçdikcə daha aydın dərk edirik
Sağlığında cismi, ölümündən sonra cəsədi dinclik tapmayan Cabbarlı...
Azərbaycan Prezidenti sərəncam imzaladı
“День Бакинцев”, “Есть такая нация - бакинцы”...
Bu gün Heydər Əliyevin doğum günüdür
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun (Heydər Əliyev)
Mehriban Əliyeva: “Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaq”
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
İlham Əliyev: “Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...
1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada ümidsizlik, müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və dövlətçiliyin xilası vardı...
1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qardaşı nəvəsi Osman Mayatepek Azərbaycan haqda danışıb.
Osman Mayatepek Atatürk zamanında Türkiyənın hərbı naziri olmuş Ənvər Paşanın nəvəsidir. O, modern.az-a açıqlamasında uzun illər Amerıkada yasadığını bildirib və çoxdan Azərbaycana gəlmək, Azərbaycanı görmək arzusuda olduğunu qeyd edib.
İndi ömrünün 64-cü ilini yaşayan O.Mayatepek deyıb ki, heç olmasa bu yaşında Azərbaycanı ziyarət etmək istəyir.«Bizim nəslimizin bir hissəsi Azərbaycanla bağlı olub. Təbii ki, mən də o nəslin davamçısı kimi ana yurdumuz Azərbaycanda olmaq istərdım. Və yaxın zamanlarda Bakıya mütləq səfər edəcəm».
Azərbaycanı çox sevdiyini, Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymadığını deyən Osman Mayatepek bildirib ki, 1992-cı ildə İstanbulda Azərbaycanın birinci prezidentı Ayaz Mütəllibovla görüsüb: «Bizi o zaman Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl görüşdürdü. O zaman Azərbaycan müstəqiliyini elan etmişdi. Düsündüm ki, Azərbaycan prezidenti Ayaz Mütəllibov məni çox isti qarşılayacaq. Amma bunun əksini gördüm. O niyə belə etdi, bilmirəm. Sanki mənim nəslim Azərbaycana çox böyük pislik etmişdi. Doğrusunu desəm, ondan sonra Azərbaycanı görmək istəyim bır qədər soyudu.
Ancaq 1995-ci ildə Amerikada Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevlə də görüşdüm. O məni elə doğma qarşıladı ki, sevindim. Hətta o zaman Heydər Əliyev məni Azərbaycana dəvət etdi. Ancaq buna zaman olmadı. İndi isə Azərbaycanı görmək istəyirəm. Mütləq Bakıya gedəcəm».