vaxtlı-vaxtında oxuyun! Cümə, 14 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TÜRK DÜNYASI  
Nazirdən çağırış 13:47 | 18 dekabr 2014 | Cümə axşamı Məqaləyə 3002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən çağırış

Əbülfəs Qarayev: «Sərvətlərimizi və dəyərlərimizi birgə qorumalıyıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi və dəyərlərimizi birgə qorumalıyıq». Bu sözləri TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev erməni tərəfinin UNESCO-da apardığı fəaliyyəti «mədəniyyət sahəsində müharibə» kimi qiymətləndirib: «Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq».