Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
15:49 | 26 avqust 2015 | Çərşənbə
Məqaləyə 1273 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.
AzVision.az bu münasibətlə ölkənin birinci xanımına 23 saylı orta məktəbdə Azərbaycan dili fənnini öyrədən müəllimə Zemfira Əliyeva ilə həmsöhbət olub.
- Mən Mehriban xanıma dərs deyən müəllimlərdən biri olmuşam. İndi şagirdlər mənə tez-tez suallar verirlər ki, Mehriban xanım necə şagird olub, dərslərinə necə hazırlaşaradı? Mənim onlara cavabım isə belə olur: Mehriban çox yaxşı şagird olub, ona görə də məktəbi qızıl medalla bitirib. O, çox tərbiyəli və böyüyün-kiçiyin yerini bilən bir şagird idi. Başqa cür ola da bilməzdi. Çünki ona tərbiyə verən qadın Aida xanım idi.
Mehriban xanım bu yaxınlarda məktəbimizin açılış mərasiminə gəlmişdi. Həmin vaxt onunla görüş keçirildi. Hamı sevinclə həmin görüşə gəlmişdi. Mehriban müəllimləri ilə söhbət edən zaman ona dedim ki, kaş, Aida xanım bu gününüzü görərdi. Siz bütün işlərin öhdəsindən gəlirsiniz. Çox qabiliyyəti və bacarıqlısınız. Hamıya öz kömək əlinizi uzadırsınız. Kaş bunu ananız da görərdi. Mehriban isə bir az fikrə getdi və mənə belə cavab verdi: «Müəllimə, yaralı yerimə toxunmayın».
Orta məktəbdə oxuyan zamandan o, gözəl bir qız kimi yadımda qalıb. Uzun və gözəl kirpikləri var idi. Mehriban həmişə «müəllim» sözünə dəyər verib. Mənə göstərdiyi diqqətinə görə ona çox minnətdaram. O, həmişə mənim üçün şagirdim Mehriban olaraq qalacaq. Mehribanın yaddaşı çox güclüdür. Bütün fənləri yaxşı oxuyurdu. O, birinci partada oturmurdu. Orta cərgədə otururdu. Sinif yoldaşları ilə də münasibəti çox yaxşı idi.
Azərbaycan dili fənnini çox yaxşı oxuyurdu. Mənə ünvanladığı bütün suallarından vətənpərvəlik hissləri duyulurdu. Hiss edirdim ki, Mehriban gələcəkdə də öz Vətəni üçün çalışan bır insan olacaq. Necə ki, oldu da!
Mehriban xanımdan sonra onun bacısı Nərgiz xanımın qızı Aida də mənim sinfimdə oxuyurdu. Dərsdə həmişə çaşırdım, Aidaya deyirdim ki, Mehriban, çıx lövhəyə. O isə deyirdi ki, «Mən Aidayam, Zemfira müəllimə».
Bu gün Mehribanın anadan olan günüdür. Ona uzun ömür, can sağlığı arzu edirəm. Allah o ailənin hər zaman köməyi olsun.