3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
            					
            	
                17:47 | 30 yanvar 2016 | Şənbə
                Məqaləyə 1655 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
                                Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
                                Şimaldakı cəhdlər Cənub üçün indikator olacaq
                                Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
                                Azərbaycanın güclənməsinə qarşı fars-şiə qarşıdurması
                                Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
                                “İqtisadiyyat 2008-ci ildən bəri ən pis rüb üçün hazırlanıb”
                                Dünyanın ən kasıb 75 ölkəsi Çinə rekord məbləğdə borclanıb
                                2 ölkə 15,5 milyon dolları ödədi
                                Avropa Birliyinin Cənubi Qafqazda rolu barədə
                                Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir
                                Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
                                Böyük ölkələrin getdikcə praqmatikləşdiyi dünyada kiçik ölkələrin hələ vaxtı var
                                Rusiyanın Qafqazın işğalına başladığı illərdə qurulan xain planlar
                                Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
                                ... Yaxud müharibədən çıxarılmalı dərslər
Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli komplek tədbirləri müzakirə edir. Fins.az «Report»a istinadən xəbər verir ki, bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: «Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır».
Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib.
Bununla belə, bir qədər əvvəl maliyyə naziri Samir Şərifov bəyan edib ki, Azərbaycan DB-dən borc almaq niyyətində deyil.