
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Dünya yenicə başlayan və dinamik inkişaf edən transformasiyalar mərhələsindən keçir. Əlbəttə ki, heç də hər başlanmış proses yaxın gələcəkdə tamamlanmayacaq. Elə isə gəlin yaranan tendensiyaları və Cənubi Qafqaz ölkələrinin onlara hazırlıq dərəcəsini nəzərdən keçirməyə çalışaq.
ABŞ və AB arasında parçalanma
Prezident Tramp bütün asılılıq alətlərindən istifadə edərək Avropanı ram edir. Burada əsas intriqa Avropa Birliyi (AB) ölkələrinin öz gündəmini nə dərəcədə formalaşdıra biləcəyidir. Hazırda ancaq qızğın müzakirələr gedir. ABŞ-də növbəti seçkiləri gözləmək imkanı isə yoxdur, çünki Tramp çox cəld hərəkət edir.
Azərbaycan bu parçalanmanı məmnunluqla izləyir. ABŞ/AB-nin vahid mövqeyi son dövrlərdə problemdən başqa heç nə yaratmır və Cənubi Qafqazı geosiyasi ayırıcı xətlər məkanına çevirirdi.
Ermənistan isə ABŞ/AB sinxronluğuna arxalanaraq, müəyyən məqamlarda, xüsusən də ABŞ/AB-nin Gürcüstanla münasibətlərindəki gərginlik fonunda bu qüvvənin regionda moderatoru kimi çıxış edib. İndi Ermənistan ondan fərqli gözləntilərə malik olacaq iki ayrı mərkəzlə münasibətləri rəsmiləşdirmək üçün ABŞ-AB ziddiyyətlərinin dib nöqtəsini gözləyir.
Gürcüstan bu dövrə böhran vəziyyətində daxil olub və ABŞ prezidentinin diskursunu təkrarlamaqla Tramp administrasiyasına arxalanmağa və ABŞ ilə AB arasında yaranmış uçurumdan istifadə etməyə çalışır. ABŞ və AB arasında parçalanma Gürcüstan hökumətinə ən qiymətli sərvət olan vaxtı qazandırır.
ABŞ - Rusiya normallaşması
Prezident Tramp Ukraynadakı müharibəyə bağlı olmadan Rusiya ilə sabitləşmə və sonradan normallaşma kursunu seçib. Hazırda Moskva ilə Vaşinqton Ukrayna və digər geosiyasi, iqtisadi sahələrlə bağlı qarşılıqlı gözləntilərini ifadə ediblər. Ölkələrin mövqelərinin bir-birinin gözləntilərinə uyğunlaşdırılması prosesi gedir. Dinamikadan asılı olmayaraq, stabilləşmə prosesi artıq işə düşüb.
Azərbaycan Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ABŞ və Rusiya arasındakı ziddiyyətlərlə oynamamağa çalışıb, öz məsələlərini - dövlətin bütün ərazisində suverenliyinin bərpasını həll edib. Bu müddət ərzində həm Rusiya, həm də ABŞ ilə münasibətlərdə qığılcımlar yaranıb.
Ermənistan isə əksinə, Rusiya ilə ABŞ arasındakı münaqişədən istifadə edib. Ermənistan hökuməti ABŞ-yə anti-Rusiya ritorikasını məharətlə “satıb” və bunun müqabilində siyasi, iqtisadi, hərbi yardımlar alıb. Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Ermənistanı mövqeyini dəyişməyə vadar edir. İrəvan ABŞ-nin Ermənistana yardımının davamını əsaslandırmaq üçün yeni məzmun formalaşdırmalıdır.
Gürcüstan Ukrayna müharibəsi zamanı Qərbin Rusiyaya qarşı mübarizəsindən kənarda qalmağa çalışıb. İlkin mərhələdə hazırkı sabitləşmə Tbilisinin maraqlarına uyğundur, lakin ABŞ-nin maraqlarının zəifləməsi Rusiyanın fəallaşmasına səbəb ola bilər. Bu dövrdə Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırmaqla Rusiya ilə münasibətlərində balans yaratması vacibdir.
İranın mövqeyinin zəifləməsi
İran ətrafında vəziyyət təhdidedici xarakter alır. Ölkədə ABŞ-nin iştirak etdiyi sazişin tərəfdarları getdikcə azalır. Cənubi Qafqaz ölkələrinin bu prosesə təsiri azdır.
Azərbaycan öz mövqeyini bir daha bəyan edib. Ölkə ərazisi və hava məkanı İrana qarşı istifadə edilə bilməz. İranda baş verən hadisələrdən asılı olmayaraq, Bakı Tehranla münasibətlərdə məsafə saxlayacaq.
Ermənistan İran-ABŞ, İran-Avropa formatında rol oynamağa çalışıb. İrəvan öz ərazisində Qərb-İran münasibətlərində konsensusa nail ola bilib. Lakin ABŞ və İran arasında münasibətlərin pisləşməsi Ermənistanı çətin vəziyyətə salacaq. ABŞ-nin Ermənistana davamlı dəstəyinin bədəli İrana qarşı kampaniyada iştirak ola bilər.
Gürcüstana bu tendensiya minimal təsir göstərir, çünki İran və Gürcüstan arasında ümumi sərhəd yoxdur.
İlkin nəticələr:
• Böyük ölkələr getdikcə praqmatikləşir və özünə qapılır;
• Fəal geosiyasət üçün resurslar məhdudlaşır;
• Kiçik ölkələrin dəyişən dünyada öz mövqelərini formalaşdırmaq üçün hələ vaxtları var.