Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
20:11 | 29 oktyabr 2016 | Şənbə
Məqaləyə 2049 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
Birləşmiş Ştatlarda yaşayan İran azərbaycanlıları prezident seçkilərinin gedişini diqqətlə izləyir. Seçki kampaniyasının mövzularından biri ABŞ və İran arasında 2015-ci ildə əldə edilmiş nüvə razılığı ilə bağlıdır. Razılıq hər iki ölkədə müsbət addım kimi qiymətləndirilsə də, müşahidəçilər bunun İranın daxilində siyasi ab-havaya az təsiri olacağını bildirir. Tehranın xüsusilə də ölkədə etnik azlıqlarla bağlı siyasəti narahatlıq doğuran məsələlərdən biridir. Çikaqoda Günaz televiziyasının təsisçisi Əhməd Obalı «Amerika icmalı» proqramında güney azərbaycanlıların gözləntiləri və ABŞ-ın İranla bağlı siyasətindən danışıb.
Əhməd Obalı bildirib ki, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanmasından sonra Güney Azərbaycanda ölkədə yaranmış yeni siyasi şəraitdə İran hökumətinin daxili problemlərə daha artıq diqqət verə biləcəyi ilə bağlı müəyyən gözləntilər var idi.
«Amerikada gedən proseslərə də o baxımdan çox diqqət olunur ki, Amerikada gedən proseslər İranın daxilində, özəlliklə də iqtisadi duruma nə qədər təsir edə biləcək, siyasi durumun stabilləşməsinə, insan haqlarının daha az pozulmasına nə qədər təsir edə biləcək. Bu baxımdan daha çox diqqət verilir».
Əhməd Obalı prezident Obama administrasiyasının yüksək səviyyəli nümayəndələri, o cümlədən prezident administrasiyasının rəhbəri olmuş hazırda Çikaqo şəhərinin meri Ram Emanuellə Güney Azərbaycanında durumla bağlı söhbətlər edib. O, administrasiyanın İranda insan haqlarının pozuntuları və etnik azlıqların durumu ilə bağlı siyasətində son illər əhəmiyyətli dəyişikliklərin olmadığını qeyd edib.
«Dünyanın hər yerində olduğu kimi, insan haqları məsələsi dövlətlər arasında birinci məsələdir ki, milli mənafe baxımından ikinci, ya da üçüncü, dördüncü mərhələyə qoyulur və Amerikanın da İranla əlaqələrinin bir qədər genişlənməsi və ya buzların bir az əriməsi hansı tərəfdən baxsaq, insan haqlarına o qədər də xeyir yox, bəlkə də bir az da insan haqları məsələsini kölgədə saxlayıb. Prezident Obama hakimiyyəti iş başına gələndən bu yana İranla əlaqələri normallaşdırmaq üçün mümkün qədər İran dövlətini daha az, özəlliklə də bu son illərdə danışırıq, daha az sıxışdırmağa və yaxud daha az tənqid etməyə çalışıb. Bu mənada insan haqları, o cümlədən, etnik məsələlər bir az daha ikinci, üçüncü mərhələyə buraxılıb».
Əhməd Obalı ABŞ-ın növbəti administrasiyasından gözləntilərindən danışır. «Növbəti administrasiyanın İranla anlaşmanın daha dəqiqliklə icrasına diqqət etməyini arzu edərdik. Güney azərbaycanlılar anlaşmadan sonra İran dövlətinin daxildəki problemlərə daha çox diqqət edəcəyi ümidilə bu anlaşmaya dəstək veriblər. Ümumiyyətlə, İranda yaşayan bütün xalqlar Amerikanın İranla ixtilaflarının və ya ziddiyyətlərin əleyhinə idilər və hələ də əleyhinədirlər. Amma bu dərinləşməni getdikcə yumşaltmaq, ya da azaltmaq o mənada olmamalıdır ki, İranda xalqların hüquqları pozulsun, bütövlükdə pozulsun, özəlliklə də etniklərin. İran cəmiyyətinin böyük əksəriyyəti etniklərdən ibarətdir və etniklərin də hüquqları demək olar ki tamamən pozulmaqda davam edir.
Bu günlər Chicago Magazine jurnalında Əhməd Obalı və onun təsis etdiyi Günaz televiziyasının fəaliyyəti haqda geniş məqalə dərc edilib. Əhməd Obalı Günaz televiziyasının missiyasının dəyişməz olaraq qaldığını deyib. «Biz televiziyanı açdığımız gündən missiyamız çox aydındır və missiyamız da millətin oyanmasından ibarətdir. Biz inanırıq ki, bir televiziya ilə dövlət dəyişikliyi və ya xalqın taleyini yüzdə yüz dəyişdirmək olmaz. Amma televiziya ilə millətin oyanmasında, xalqın öz hüququ ilə tanış olmasına və öz hüququnu müdafiə etməsini öyrənməsinə yardımçı olmaq olur.
Bu baxımdan Günaz TV öz fəaliyyətinə davam edəcək. Biz getdikcə şüardan şüura daha çox önəm veririk, yəni şüar verməkdən, populist çıxışlarından daha çox biz çalışırıq ki, millətimiz hüquqlarını olduğu kimi, dünyada qəbul olunduğu kimi öyrənsin və inanırıq ki, millət öz hüququnu öyrənəndən sonra, bildikdən sonra, millət hüququnu müdafiə etməyi öyrəndikdən sonra öz hüququnu bərpa etməkdə əzmi ilə, iradəsi ilə müvəffəq olacaq. Bu ümidlə verilişlərimiz davam edir. Nə qədər bu verilişlərimiz davam edəcək bilmirik. Amma çox çətinliklə verilişlərimizə hələ də davam edirik. Təbii ki həmvətənlərimizin köməyi olmasa, mənəvi, maddi, müxbirliklə bizə yardımları olmasa biz bu işimizə davam edə bilməyəcəyik. Amma ümidimiz budur ki, hələlik davam edək».