
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
AQTA narazıdır
Arpa sahələrdə məhv olur ...
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
Səbəb “pambıq”dır, yoxsa gömrük?
İlhamə Qasımovanın qısa dosyesi
Azərbaycana idxal dərhal dayandırıldı
Fermer: “İllərlə Rusiyada alver edənlər də sarımsaq, soğan əkdi”
Taxıl yığımı pis getmir, kartofçuluqda vəziyyət isə…
Nazir pambıq yığımı hədəflərini açıqladı
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
Prezident tapşırıq verdi, polis nəzarət edəcək
Quzu ətinin qiyməti daha da enə bilər
Boş qalan vəzifəyə ...
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Xəbər verdiyimiz kimi, Bakı və bölgələrdə mal ətinin qiymətində bahalaşma müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, mal əti Bakının bəzi yerlərində 10 manata təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev azvision.az-a bildirib ki, qiymətlər bazarda tələb və təklif əsasında formalaşıb: «Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar «Aqrolizinq»in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırdabuynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub».
Nazirlik rəsmisi vurğulayıb ki, qiymət artımı istehsalla bağlı deyil, mövsümi xarakter daşıyır. «Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir. Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur».